Abşeron rayonunda işləmiş İbrahimov Elxan Telman oğlu bu gündə köhnə etdiyi cinayətləri təkrar edir, etməkdədə davam edir. Keçən sayımızda bu cinayət əməlindən əl çəkməyən İbrahimov Elxanın etdiyi qanunsuzluqlardan yazmışdıq.Həmin məqalə dərc edildikdən sonra sayıtımıza üz tutanların ardı arası kəsilmir.Bunlardan Qazax rayon sakini Məmmədov Toğrul Fazil oğlu bizə müraciət edərək bildirdi ki, vətəndaşa məxsus 6(altı) sot torpaq sahəsi bələdiyənin bütün sənətləri qaydasında ola ola, İbrahimov Elxan həmin Məmmədov Toğrula məxsus torpaqı qanunsuz olaraq başına yığdığı qoçu dəstələrinin zor hesabına rəhbərlik etdiyi Bağlar idarəsinin saxta sənətləri ilə sənətləşdirirərək başqa vətəndaşa satıb.
Əvəllərdə vətəndaşları indiki kimi aldatdığı üçün cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmişdir. Beləki bağlar idarəsinin sədri işləyə işləyə Abşeron rayonun Atyalı qəsəbəsində torpaq sahəsini bağlar idarəsinin saxta sənətləri ilə bəzi bəzi vətəndaşlara satır. İbrahimov Elxan başına qoçu dəstələr yığaraq , Abşeron rayonu Atyalı qəsəbəsində istəlinən torpaqları zəbt edərək bu qoçu dəstələrinin necə deyərlər zoru hesabına torpaqları bağlar idarəsinin saxta sənətləri ilə saxtalaşdıraraq başqa başqa vətəndaşlara satır.
Həmin bu İbrahimov Elxanın Atyalı qəsəbəsində etdiyi saxtakarlıqlara Abşeron rayon hüquq mühafizə orqanları bilərəkdən göz yumurlar. Buna maraq nədir?
Dunyaxeber.com sayıtı olaraq İbrahimov Elxanın Abşeron rayonu Atyalı qəsəbəsində etdiyi qanunsuz əməllərin mütəmadi izləyərək bu məsələni sonunadək ictimaiyyətə çatdıracağıq.
Məmmədov Toğrula məxsus torpaqın qanunsuz olaraq İbrahimov Elxan tərəfindən saxta sənədləşərək başqa vətəndaşa hansı yolla, necə satılmasın araşdıraraq aidatı üzrə orqanlara çatdıracağıq.
Araşdırmamız davam edir.