General oğluna gücü çatmayan Cinayət Məcəlləsi...

20-08-2015, 22:50   

“Generalın oğlunun həbsdən azad edilməsi göstərdi ki...”
“Bu ölkədə iki Cinayət Məcəlləsi var - biri varlılar və general övladları üçün, digəri heç bir imtiyazı olmayanlar üçün”


Tanınmış vəkil Bəhruz Bayramov Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general - mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılmasını Moderator.az - a şərh edib:

"İnsan Alverinə qarşı Mübarizə İdarəsi rəisinin oğlu Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə cinayət törətmək) maddələriylə ittiham olunurdu.
Cinayət Məcəlləsində 126.2.4 maddəsi üzrə 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni zamanda 221.3 maddəsi ilə cinayət törədilməsi də 3 ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Belə ağır maddələrlə ittiham olunan bir şəxsi şərti azdlıqdan məhrumetmə cəzasıya azadlığa buraxmaq ölkənin hüquq sisteminin süqutunun daha bir sübutu kimi qəbul oluna bilər. Təsəvvür edin ki, 126.1 maddəsiylə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur və bir qayda oloaraq bu kateqoriya insanlara güzəşt edilmir, onlara ağır cəza verilir.
İndiki halda isə zərərçəkənlə barışıq var və onlar heç bir şikayət etmirlər. Amma bütün bunlar da əsas vermirdi ki, belə bir cinayət törətmiş şəxsi azadlığa buraxsınlar. Yəni generalın oğlu atasının və digər yüksək çinli himayədarların nüfuzunu nəzərər alaraq gözləmək olardı ki, o, azı 3 ilədək azadlıqdan məhrumetmə cəzasıyla cəzalandırılacaq. Amma bunun tam əksini gördük.
Belə çıxır ki, bu ölkədə iki Cinayət Məcəlləsi fəaliyyət göstərir. Varlılar və general övladları üçün bir cəza növü nəzərdə tutulur, kasıb və heç bir imtiyazı olmayan təbəqə üçün başqa cəza nəzərdə tutulub. Məni maraqlandıran işin başqa tərəfidir. Gözləyək görək prokurorluq orqanları belə bir biabırçı cəzadan protest verəcəklər, ya yox."
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar