Arvadını öldürüb İŞİD-ə qoşulduğunu uydurdu - Foto

21-08-2015, 23:08   
Arvadını öldürüb İŞİD-ə qoşulduğunu uydurdu - Foto
İtkin düşən Moskva sakini 30 yaşlı Fatima Şaxşiyevanın İŞİD qruplaşmasına qoşulması haqda xəbərlər təkzib olunub. Sən demə, itkin düşən 3 uşaq anasını əri qətlə yetirərək İŞİD-ə qoşulması haqda şayiələr yayıb. Publika.az xəbər verir ki, Moskvada yaşayan Fatima Şaxşiyevanın iyunun əvvəllərində İŞİD-ə qoşulmaq üçün ailəsini ataraq Suriyaya getməsi haqda məlumat verilib. Bu xəbəri qadının 37 yaşlı əri Şapi Şaxşiyev də təsdiq edib. Hüquq-mühafizə orqanlarının Şaxşiyevlər ailəsində apardığı araşdırmadan sonra dəlil-sübut kimi tapılan bıçaq 3 uşaq anasının qətlə yetirilməsi faktını ortaya çıxarıb. Tapılan soyuq silahın üstündə hələ də qan izləri olub. Gənc qadının meyidi isə hələ də tapılmayıb. Qeyd edək ki, 30 yaşlı Fatima Şaxşiyevanın iyunun 13-də itkin düşməsi haqda xəbər yayılıb. Ərinin verdiyi məlumata görə, həyat yoldaşı rəfiqəsi ilə Çeçenistana gedib və yolda yoxa çıxıb. Əri F.Şaxşiyevanın İŞİD-ə qoşulma ehtimallarını da irəli sürməkdən çəkinməyib. Qadının axtarışına həm polislər, həm də könüllülər qoşulub. Sonradan qadının itkin düşməsində terror təşkilatının əli olmadığı məlum olub. Ailə son vaxtlar boşanma prosesi ilə üz-üzə qalmışdı. Cütlük arasında kompüter oyunları və sosial şəbəkələrdə başqa insanlarla ünsiyyət qurmaq üstündə tez-tez mübahisələr yaranırdı. Hətta Şapi Şaxşiyev bir müddət bundan əvvəl arvadını zəhərləyib. Həkimlərin səyi nəticəsində Fatimanın həyatı xilas edilib. Bu azmış kimi Şapi Şaxşiyev qohumlarına arvadının narkoman olduğu və özünə sevgili tapması haqda yalan məlumatlar yayıb. Faktla bağlı araşdırmalar davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar