Cəmi üç il öncə 15 ABŞ dolları kapital payı ilə meydana çıxan şirkət Azərbaycan hökümətindən bu müddət ərzində 16 million ABŞ dolları civarında müqavilələrə imza atıb.
Ümumiyyətlə, şirkətin tam olaraq kimə məxsus olduğunu öyrənmək və tikinti və yolçəkmə işindən savayı hansı növ fəaliyyətlə məşğul olduğunu demək çətindir. Şirkətin sənədlərində adı çəkilən yeganə insan bunu “Allahdan hədiyyə” adlandırır və onun şirkət haqqında az məlumatı var.
Bir məqam artıq aydındır ki, hökümət nümayəndələri, o cümlədən bu şirkətə 120-dən artıq müqavilə verən vergi orqanı və müxləlif agentliklər də bu haqda deməyə heç nə tapmır.
Azərbaycanın qaranlıq satınalma aləmində şirkət bir neçə ay ərzində yaradıla və baş ofisini tapmaq mümkün olmasa belə, qısa zaman kəsiyində onlarla müqaviləyə imza ata bilər.
İnstall Servis LLC şirkəti ilkin kapitalı 15 ABŞ dolları olmaqla, 14 Fevral 2012-ci ildə yaradılıb. Adətən, Azərbaycan hökümətindən tenderləri udmaq üçün şirkətlərin ən azı bir il fəaliyyət göstərib təcrübə yığmaları lazımdır.
Halbuki, İnstall Servis LLC şirkəti qeydiyyatdan keçdikdən cəmi bir neçə həftə sonra Lerik Rayonunun yerli hökumət strukturundan dəyəri 146 min ABŞ dolları olan “Tikinti İşlərinin Satınalınması və təmiri” müqaviləsini tenderdə udub. Lerik Azərbaycanın cənubunda yerləşən və İranla sərhəddi olan dağlıq ərazisidir. 2012-ci il başa çatanadək, şirkət ümumi dəyəri 400 min ABŞ dolları olan 8 tenderin qalibi olmuşdur. Adı çəkilən bütün tenderlər dövlət büdcəsindən maliyyələşib.
Müqavilələrin sayı və ölçüsü sürətlə artmışdır. 2013-cü ildə İnstall Service LLC şirkəti təxmini dəyəri 10,5 milyon ABŞ dolları olan 53 tenderin qalibi olub; 2014-ci ildə isə İnstall Service LLC şirkəti dəyəri 6 milyon ABŞ dolları qiymətləndirilən 70 tender qazanıb.
OCCRP müxbiri adı çəkilən şirkətin Lerik rayonunun yerli hökumət strukturundan udduğu ilk tender haqqında ətraflı məlumat almaq üçün Satınalmalar üzrə Dövlət Agentliyinə rəsmi sorğu göndərərək İnstall Servis LLC ilə yanaşı hansı şirkətlərin tenderdə iştirak etdiyini müəyyənləşdirmə cəhd edib. Satınalmalar üzrə Dövlət Agentliyi heç bir məlumat paylaşmayıb və belə bir sorğunun yerli hökumət orqanlarına yönəldilməli olduğunu qeyd edib.
Lerik rayonunun yerli hakimiyyət orqanı da bu məlumatı açıqlamaqdan imtina edib. Telefon görüşməsi zamanı mətbuat katibi Atamalı Nəcəfov qeyd edib ki, müqavilə yüksək keyfiyyətli təmir işi üçün imzalanıb. "Mənim nə qədər maliyyə sərf edildiyi haqqında məlumatım yoxdur" dedi. "Amma İnstall Service LLC şirkətinin adı yadıma gəlmir."
Qazanılan ilk tenderlər siyahısına Azərbaycan paytaxtının sürətli nəqliyyat sistemi olan Bakı Metropoliteni tərəfindən müqavilə də daxildir.
Bakı Metropolitenindən tenderdə rəqib qismində hansı şirkətlərin iştirak etdiyi haqqında məlumat almaq istədikdə cavabları belə olub. "Bu halda, "İnformasiya əldə etmək haqqında Qanunun" 9.3-1-ci maddəsinə əsasən,biz sizi yalnız göstərilən xidmətlərin şərtləri haqqında məlumat ilə, yəni xidmətin qiyməti və şərtləri və qiymət və ya şərtlərə edilən dəyişikliklərlə təmin edə bilər. Ona görə də bizə ünvanladırdığınız sual yersiz olduğu üçün təqdim etdiyiniz tələbi yerinə yetirə bilmərik."
Kommersiya sirri olduğunu qeyd edərək, Vergilər Nazirliyi İnstall Servis LLC-nin vergi sənədlərinə dair hər hansı bir məlumatı paylaşmaqdan imtina etdi.
Dövlət tərəfindən heç bir məlumat əldə edə bilməyən OCCRP nümayəndəsi şirkətin hüquqi sahibi Eldar Əliyevi tapmağa cəhd etdi. O, Bakının Şimal-Şərq hissəsindəki Sabunçu rayonunda səs vermək üçün qeydiyyatdan keçib. Onun ünvanı tapılması çətin olan yerdə, şəhərin lap kənarında yerləşir. Əliyev həmin ünvanda daşınmaz əmlak və avtomobil təmiri üzrə fəaliyyət göstərir, lakin həmin ərazidə tikinti-inşaata aid heç bir avalanlıq yox idi.
Əliyev İnstall Servisin maliyyə yönümlü suallarına cavab verməkdən imtina etdi. Müsahibəsində, o İnstall Servisi "Allahın bir hədiyyəsi" adlandırdı və hər bir işi "dini səsin" diktəsi altında etdiyini bildirib.
"Bizim İnstall Servisi nə zaman təsis etdiyimiz dəqiq yadımda deyil" dedi. "Bu şəhərin mərkəzində yerləşdiyi üçün şirkətin yerini çox da yaxşı bilmirəm. Məni ofisə yalnız lazım olduğumda avtomobil ilə aparırlar."
"Mən şirkətin nə ilə məşğul olduğundan xəbərdaram. İşin getdiyi hər bir yerə mən də gedirəm. Mələsən, çaylar daşanda mən ora dərhal gedirəm. Şirkətimizin xaricdən gətirilən avadanlığı var. Şirkətin yollar salmaq üçün təxminən 50 və ya 60 ədəd yük maşını və buldozeri var."
"Biz nə tələb olunursa, onu da edirik. Bizdən çay məcrasını təmizləmək tələb olunursa, onu da edəcəyik, və yaxud bizdən yolların açılmasını istəsələr, onu da edəcəyik.Bizim hətta metro sistemində də bir çox işlərimiz olub. Lakin, mən hər şeyi çox da yaxşı xatırlamıram, hər halda kompüter deyiləm."
Əliyev onu da qeyd etdi ki, bundan əlavə bütün suallar Atakişi müəllimə ünvanlanmalıdır.
Atakişi müəllim telefonda özünü şirkət nümayəndəsi kimi təqdim etdi. O şəxsən görüşməkdən imtina edib, bütün sualların şirkətin başqa bir nümayəndəsi, Elmer müəllimə ünvanlanmalı olduğunu bildirdi.
"Biz şirkətimizin heç bir fəaliyyətinin media tərəfindən işıqlandırılmasını istəmirik" deyə Elmer müəllim telefon müsahibəsində bildirib. "Biz vaxtında vergiləri ödəyirik. Onlar daima gəlir və bizi yoxlamalardan keçirirlər."
O da şəxsən görüşməkdən imtina etdi və şirkətin digər əməkdaşları haqqında və Əliyevin işlədiyi ünvandan savayı hansı ünvanlarda fəaliyyət göstərdikləri haqqında sulları da cavabsız qoydu. Müəllim dedi ki, hökümətin tenderləri verəcək qədər şirkət haqqında lazımi məlumatı var.
Vüqar Bayramov Bakıda yerləşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəridir.
"Bir şirkətin qeydiyyatdan keçdiyindən qısa bir zaman ərzində tender qalibi olması heç də normal hal deyil" deyə Bayramov bildirib. "Adətən, şirkətlərin tenderdə qalib gəlməsi üçün fəaliyyət növündən və görüləcək işdən asılı olaraq müxtəlif tələblərə cavab verməkləri şərtdir. Tender qalibləri əvvəlki təcrübə və şirkətin qeydiyyatdan keçməsindən əvvəl ilkin kapital həcmi əsasında seçilir."
"Yeni qeydiyyatdan keçən və heç bir təcrübəsi olmayan şirkət 100 min ABŞ dolları dəyərində tenderə qalib gəlirsə, o zaman burada nə isə qaranlıq bir məsələ var. Bu cür şirkətlər işə yalnız sub-podratçı qismində cəlb edilə bilərlər."
Bayramov onu da qeyd edir ki, Satınalmalar üzrə Dövlət Agentliyi və ya digər dövlət orqanları tenderlərdə qazanmayan şirkətlərin adlarını ictimaiətə açıq etməlidir. "Əks halda, biz prosesin şəffaflığı haqqında danışa bilmərik", deyə o bildirib.
Bayramovun qeyd etdiyinə əsasən Azərbaycanda keçirilən tenderlərin böyük əksəriyyəti rəsmi xarakter daşıyır, ona görə ki, iştirak edən şirkətlərin əksəriyyəti bir biri ilə sıx əlaqədədirlər. O, dövlət orqanlarının tenderin digər iştirakçılarının adlarının açıqlamamasının səbəbini də bunda görür.
İnstal Servisin hal hazırda mübahisəli Dağlıq Qarabağ bölgəsinin yaxınlığında yerləşən Tərtər rayonu tərəfindən Dəmirçilər və Cəmilli arasından yol inşa etmək üçün 35 milyon ABŞ dolları dəyərində müqaviləsi var. Lakin həm Cəmillinin Bələdiyyə sədri Sərdar Məmmədov həm də Dəmirçili bələdiyyə sədri Rəşid Soltanovun söylədiklərinə əsasən hər ikisi bu yerli yol inşası layihəsində yaxından iştirak edirlər, amma heç biri İnstal Servis şirkəti haqqında eşitməyiblər. Onların dediklərinə görə yolu Tərtər rayonunun Yollar üzrə Şöbəsi inşa edir.
meydan.tv