Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. Aznews.az xəbər verir ki, qara rəngli 10 VM 006 nömrə nişanlı “Leksus” markalı maşını idarə edən şəxs markası hələlik bilinməyən maşının (nömrəsi - 333) sürücüsünü güllələyib. 8 güllə yarası alan şəxs hadisə yerindəcə keçinib. Güllə səslərinə gələn Post Patrul Xidmətinin əməkdaşları hadisə yerindən qaçmağa başlayan sürücünü təqib etməyə başlayıblar. O, Sabunçu ərazisində idarəetməni itirərək, “Şevrolet” markalı maşına çırpılıb və avtomobilini aşırıb. Əldə etdiyimiz məlumata görə, “Leksus”un sürücüsü ağır yaralandığı üçün 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirlib. Xəstəxanadan bildirilib ki, sürücünün vəziyyəti ağırdır. Cinayət törədən şəxsin polis işçisi olduğu deyilir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.