Bu qıza görə Bakıda 8 güllə atıldı, 1 nəfər öldü-FOTO

30-08-2015, 22:13   

anaxeber.info milli.az-a istinadla xəbər verir ki, aşağıdakı şəkildə Bakıda sabiq polis əməkdaşı, biznesmen Nadir İbrahimovun qətlinə səbəb olan Həbibə Bağırovadır. İlkin versiyaya görə, Rövşən Həsənov Nadiri məhz Həbibəyə zəng vurduğuna görə görüşə çağırıb və “Lexus”da tapança ilə 8 güllə vuraraq öldürüb. Həbibə əvvəllər Nadirin şirkətində işləyib. Amma onun mərhum Nadirlə, eyni zamanda Rövşənlə hansı münasibətdə olması məlum deyil. Məlumat üçün bildirək ki, Nadir İbrahimov müğənni Azər Zeynalovun qaynı, Rövşən isə SAB kolbasa zavodunun direktoru Hacı Sabirin kürəkənidir. Atası ise Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar