Bakıda intihar hadisəsi baş verib. Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Güllü Süleymanova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.