"Bütün yollar devalvasiyaya çıxır"

3-09-2015, 13:31   

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi, səfərlərinin birindən qayıdarkən təyyarədə iPad-ında şahmat oynayaraq yorğunluğunu atmağa çalışıb.

Morqan Stenli-dən (Morgan Stanley) Marco Spaltro və Jim Caron-a görə, pul siyasətləri arasındakı fərq və inflyasiyanın davamlı şəkildə aşağı düşməsi mərkəzi bankların qlobal bir şahmat oyunu oynadıqlarını göstərir.

Spaltro və Caron, bu oyunun bir bərabərlik ilə başa çatmayacağını qeyd edir. Mərkəzi bankların edəcək həmləsi qalmadığı narahatlıqlarına baxmayaraq, ikili, bütün yolların rəqabətədavamlı valyuta devalvasiyasına çıxdığını iddia edir.

Spaltro və Caron-a görə, oyunu tərk etməyin cəzası deflyasiyadır.

Hər nə qədər şahmat oyununa bir bənzətmə olsa da, dünyanın bir çox mərkəzi bankları, əsas "silahı" olan faiz dərəcələrini sıfıra yaxın səviyyələrə endiriblər. İmkanları tükənən mərkəzi banklar ənənəvi olmayan pul siyasəti tədbirlərinə əl atıblar. Onların arasında qiymətli kağızların alınması daha geniş istifadə olunanıdır. Mərkəzi banklar, faiz dərəcələrini endirməklə, dövriyyəyə əlavə pul kütləsi "nasoslamaqla" və devalvasiya yolu ilə valyutalarını zəyiflədirlər. Məqsəd, iqtisadiyyatı canlandırmaq və ixracatda rəqabət üstünlüyü əldə etməkdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar