18 aylıq fələstinli körpəni yandıran yəhudi terrorçuya "ağır cəza" verildi Mənbə

3-09-2015, 19:37   

İslamazeri.az xəbər verir ki, İsrail Ordu Radiosunda yer alan xəbər görə, Fələstinin Nablus şəhərinin Duma mahalında 18 aylıq körpə Əli Dəvabişə və atası Səad Dəvabişənin ölümünə səbəb olan terror aktıyla bağlı mühakimə olunan yəhudi terrorçuya 6 ay ərzində İordaniya çayının qərb sahilinə girməmək və 3 aylıq ev dustaqlığı cəzası verilib. Həmçinin, hadisə ilə əlaqəli olduğu bildirilən 21 radikal sağ görüşlü israilliyə də müxtəlif inzibati cəzalar verilib. Xatırladaq ki, iyulun 31-də yəhudi terrorçular tərəfindən fələstinli ailəyə məxsus evə molotov kokteyli ilə od vurulub. Terror aktı nəticəsində evdə olan 18 aylıq körpə Əli Dəvabişə diri-diri yanmışdı. 31 yaşlı atası Səad Dəvabişə isə müalicə aldığı xəstəxanada vəfat etmişdi. Uşağın anası və 4 yaşlı qardaşı ağır yanıq xəsarətləri ilə terrordan sağ qurtulmuşdu



Mənbə : İslamazeri
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar