MASALLI DYP-DA RIYAKARLIQ: AFƏT MIRZƏYEV VƏ ONUN QOÇULARI SÜRÜCÜNÜ XƏSTƏXANALIQ ETDI - ŞIKAYƏT

8-09-2015, 17:56   
MASALLI DYP-DA RIYAKARLIQ: AFƏT MIRZƏYEV VƏ ONUN QOÇULARI SÜRÜCÜNÜ XƏSTƏXANALIQ ETDI - ŞIKAYƏT
Masallı DYP-dan şikayətlərin ardı arası kəsilmir. Rayon DYP rəisi Afət Mirzəyevin qanunsuz hərəkətlərinə hələdə hüquqi qiymət verilmir deyən şikayətçilər prezidentən və DİN-dən kömək istəyirlər. Beləki, bir bir neçə nəfərin imzası ilə azerinews.tv-yə müraciət edən şikayətçilər bildirirlər ki, iş fəaliyyətini şərləməkdə və rüşvət almaqla həyata keçirən Afət Mirzəyev, rayon sürücülərini son həddə çatdırıb. Şikayətçi düşmüş şəxs və şəxslər bildiirlər ki, 4 sentyabr tarixində 10 HF 216 dövlət nömrə nişanlı avtobobilin sürüçüsü Afət Mirzəyevin göstərişi əsasında polis serjantları Qoşqar və Pərviz tərəfindən döyülərək ağır bədən xəsarətinə məruz edilib. Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Nuriyev Ceyhun Habil oğlu həkimlər tərəfindən müayinə və müailicə edilərək nəzarətə götürülmüşdür.
Azerinews.tv-yə üz tutan Ceyhun Nuriyev hadisə ilə bağlı belə açıqlama veridi: “ Nahar vaxtı idi. Avtomobilimin nömrəsindəki həriflər və rəqəmlər sıradan çıxdığı üçün usta yanına gedib pərpa etdirmək qərarına gəldim. Maşını yol kənarında saxlayıb nömrələri açıb ustanın yanına getdim. Qayıdanda maşının yanında DYP əməkdaşlarının olduğunu gördüm. Maşını cərimə meydançasna aparılmasının səbəbini söruşdum. Afət Mirzəyevin işçiləri bildirdilər ki, sən nömrəsiz avtomobil idarə edib qanunlara hörmətzizlik edirsən. Mən hadisəni olduğu kimi onlara danışdım . Onlar mənim dediyimə məhəl qoymayaraq məni təhqir etməyə başladılar. Yaxası açıq papaqsız DYP əməkdaşları mənə fiziki zorakılıq edərək. məni əl ayaq zərbələri ilə kənara atdılar. Mən ayılanda xəstəxanada idim. Daha sonra heç nəyi xatırlamıram. İndidə Afət Mirzəyev və onun əlaltıları özləri günahkar ola, ola mənin maşnıma 150 manatlıq cərimə yazıblar, güya dövlət tədbirini pozmuşam. Mən heç nə başa düşə bilmirəm, axı mənim günahım nədi? ...
Mən sizin sayt vasitəsi ilə Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Daxili İşlər Naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova və İnsan hüquqları mərkəzinin rəhbərinə müraciət edərək, kömək istəyirəm. Onlardan xahiş edirəm Afət Mirzəyev və onun əməkdaşları barədə hüquqi ölçü götrülsün. Əvvəlcədən hər kəsə minnətdarlığımı bildirirəm. ”

Afət Mirzəyev və onun əməkdaşları ilə bağlı şikayətlər bununla bitmir. Qeyd edək ki, ..... dövlət nömrə nişanlı avtomobilin sürücüsü Camala (ad şərtidir) məxsus olan 2107 markalı maşın içkili idarəetmə zaman Masallı YPX əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Əsl məsələ onun saxlanmasında deyil, Afət Mirzəyev ondan 500 manat rüşvət qarşılığında məhkəməsiz işi həll etməsinə söz verməyidir...
Bu barədə səs yazıları ilə geniş məlumatı növbəti yazılarda dərc edəcəyik. Bizi izləyin ki, şok səs yazısından və görüntülərdən xəbəriniz olsun.
Azerinews.tv
İlqar Telmanoğlu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar