1 milyonluq “lal-kar”, həm də “avtoş” atası olan deputat

10-09-2015, 11:06   
1 milyonluq “lal-kar”, həm də “avtoş” atası olan deputat
Hələ ötən parlament seçkilərində 96 saylı Goranboy – Naftalan seçki dairəsindən seçilən Mahir Aslanov haqqında yazılanlardan biri bu idi ki, o, deputat seçilmək üçün xeyli miqdarda pulundan keçməli olub. Belə ki, seçki ərəfəsində mətbuatda yazılanlardan belə aydın olurdu ki, M.Aslanov mandat əldə etmək üçün 1 milyon manatından keçməli olub.

M.Aslanovun özündə bir çox sahəni birləşdirən çox böyük biznes şəbəkəsi var. “Kəpəz” Group”un sahibi tikintidən tutmuş, mebel satışına qədər, bir çox fərqli sahədə bizneslə məşğul olur. Şirkətin rəsmi saytında yazılana görə, “Kəpəz Group” fəaliyyətinə 1992-ci ildə başlayıb. “Kəpəz” tikinti, mebel (istehsalı və daşınması), daşımacılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrindən fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan , Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub.

M.Aslanov ən son oğlunun “Masserati” ilə avtoşluq etməsi xəbəri ilə gündəmə gəlmişdi. Avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb. Məlum olub ki, sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib.

Bəs görəsən Mahir Aslanov deputatlıq dövrü ərzində əhali tərəfindən necə tanınıb? Onun çıxışlarını xatırlayan varmı?

Yenicag.az saytı olaraq bu məqsədlə sosial şəbəkədə sorğu apardıq. Aldığımız cavabları olduğu kimi təqdim edirik:

Ayşən Ayxan : “İlk dəfədir eşidirəm. Google-da da baxdım. Sifətini belə görməmişəm”.

Elmin Nuri: “Təəssüflər olsun ki, millət vəkili Mahir Aslanov haqqında o qədər də çox bilgiyə sahib deyiləm. bir jurnalist kimi parlamnetin aktiv millət vəkillərini tanıyıram. Mahir Aslanovun bur cərgədə olduğunu deməyə çətinlik çəkirəm. Bildiyim qədəri ilə bizneslə məşğuldur”.

Günel Ravilova: “Belə bir deputat tanımıram. Haqqında heç bir məlumatım yoxdur”.

Bəxtiyar Umarlı: “Xeyr tanımıram”.

Rüfət Əliyev: “Tanımıram. Çıxışı olsa idi, hər halda tanıyardım” .

Zöhrab Əmirxanlı: “Bugünkü MM-də oturanların 3-5 nəfərini çıxmaqla, əksəriyyəti orda dədəsinin goruna tula bağlatdırmaq üçün əyləşib. Mən Mahir Aslanov adlı nəinki deputat, heç sıravi bəndə də tanımıram”.

Kamran Ədalət

Yenicag.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar