Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən şirkətlə bağlı prezidentə müraciət olundu
Bakıda fəaliyyət göstərən "Cey Ti Ay Kaukasus" MMC məhkəmə qəranını icra etmir. Bu barədə ANAXEBERE.az-a adıçəkilən şirkətlə məhkəmə çəkişməsində olan Sumqayıt sakini Elxan Ramazanov bildirib. Elxan Ramazanovun sözlərinə görə, bu MMC "Yapan Tobacco İnternational" (JTİ) şirkətinin Qafqazdakı nümayəndəliyi rolunda çıxış edir. Bu firma dünyada tanınmış ən məşhur siqaret firmasıdır və Azərbaycanda 7 ildir ki, fəaliyyət göstərir. Şikayətçi bildirir ki, o, uzun müddət adıçəkilən şirkətdə çalışıb. Lakin şirkətin Azərbaycanın ərazi bütövlüyünə etdiyi hörmətsizliyə görə işdən qovulub. Şirkətin Tiflisdəki regional ofisindən Azərbaycan nümayəndəliyinə fayl göndərilib. Fayldakı məlumatlarda Gürcüstan, Ermənistan və Azərbaycanın dövlət xəritəsi yer alıb. Azərbaycan xəritəsində Ermənistan tərəfindən işğal olunan Qarabağ düşmən dövlətin ərazisi kimi göstərilib.
Bu fakt şirkətdə distrübisiya üzrə nümayəndə vəzifəsini tutan Elxan Ramazanovu diqqətindən yayınmayıb.
Elxan Ramazanov bununla bağlı tabe olduğu rəhbərliyə məlumat verdiyini, lakin rəhbərlikdən "öz işinlə məşğul ol" cavabını aldığını deyir. "Rəhbərliyə bildirdim ki, etdiyiniz bu hərəkət doğru deyil. Bu, vətənə xəyanətdir. Şikayətimdən bir neçə gün sonra xəritəyə düzəliş edildi. Buna çox sevindim. Amma iyunun 20-də şirkətin rəhbərliyindən məni çağırıb dedilər ki, sən bir neçə ay əvvəl işdə nöqsanlara yol vermisən", - deyə Elxan Ramazanov əlavə edib.
6 ildir bu firmada çalışdığını və heç bir nöqsana yol vermədiyini deyən Elxan Ramazanov nümunəvi işçi kimi təltiflər, sertifikatlar aldığını da söyləyir.
Şikayətçi işdən çıxarılmasından sonra keçirdiyi sarsıntı və şəkər xəstəliyi tutması əsası ilə 200 min manat təzminat və işə bərpa olunma tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Elxan Ramazanovun iddiasını qismən təmin edib. Qərara görə o, işə bərpa olunmalı və şirkət iddiaçıya 1000 manat təzminat ödəməlidir. "Lakin 5 aydır ki, şirkət qərar əməl etmir" deyət Elxan Ramazanov mətbuat vasitəsilə prezident İlham Əliyevə müraciət edərək ondan məsələni diqqətdə saxlamısını xahiş edir.