Bakıda fəaliyyət göstərən 170 saylı orta məktəbin direktoru Nuranə Mirzəyeva ilə bağlı maraqlı şikayət var.
Arqument.Az-ın elektron ünvanına daxil olan məlumatda bildirilir ki, məktəb direktoru müəllimlərin dərs saatlarını satışa çıxarıb. Belə ki, bir stavka dərs yükü üzrə çalışmaq istəyən müəllimlər qabaqcadan 150 manat verməlidirlər. 2 stavka istəyənlər üçün isə bu rəqəm 200-250 manat civarındadır.
Qeyd edək ki, bu məsələ 170 saylı məktəbdə yeni bir hadisə deyil. Ötən ay Nuranə Mirzəyeva müəllimlərdən məzuniyyət pullarını da yığıb istirahətə getmişdi.
Xatırladaq ki, 170 saylı orta məktəbin direktoru Nuranə Mirzəyevanın atası İdris Mirzəyev uzun müddət Təhsil Nazirliyində Aparat rəhbəri işləyib. Elə onun karyerasının yüksəlməsində də atasının böyük rolu olduğu deyilir.
Qarşı tərəfi də dinləməyə hazırıq.