Cəlilabadda qətl hadisəsi qeydə alınıb.
Rayon sakini 1983-cü il təvəllüdlü Abıyev Anar Hazarxan oğlu 1986 cı il təvəllüdlü həyat yoldaşı Abasova Təranə Saməddin qızına ailə münaqişəsi zəminində çoxsaylı bıçaq xəsarətləri yetirib.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Qətli törədən Anar Abıyev polis tərəfindən saxlanıb.
Qeyd edək ki, bir neçə ildir ki, ailəli olan cütlüyün bu nikahdan iki övladı var.
Hazırda faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda CM-nin 120. 1, yəni qəsdən adam öldümə maddsəi üzrə cinayət işi açılıb, istintaq aparılır ("qafqazinfo").