Yol polisi icra başçısının maşınını «FiFa» siqnala görə saxladı

13-09-2015, 15:32   


Xaləddin İskəndəarovun xidməti avtomobilinin cərimə meydançasına salındığı bildirilir

Dünən axşam saatlarında Bakıda Dövlət Yol Polisi tərəfindən keçirilən reyd zamanı 10 AA 812 dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, avtomobilin saxlanılmasına səbəb üzərində qadağan olunmuş «FiFa» siqnalı və sayrışın işıqların olmasıdır. Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir.

Əldə etdiyimiz məlumata görə, 10 AA 812 dövlət nömrə nişanlı avtomobil Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndəarovun xidməti avtomobilidir. Bundan əvvəl də Avtosfer.az-a həmin avtomobilin «fifa» siqnalı və sayrışan işıqları barədə məlumat vermişdik. Bildirmişdik ki, icra başçılarının xidməti avtomobillərində bu cür vasitələrdən istifadə qanuna ziddidir. Çünki həmin siqnal və sayrışan işıqlar yalnız operativ nəqliyyat vasitələrinə vurula bilər. İcra başçısının xidməti avtomobili isə operativ nəqliyyat vasitəsi hesab oluna bilməz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar