Bakıda intihar hadisəsi baş verib.
Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Maştağa sakini, 1974-cü il təvəllüdlü İmran Sahib oğlu Bağırov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, bu, bir neçə gün ərzində Maştağada qeydə alınan 3-cü intihar hadisəsidir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.