yol polisləri sərxoş olublar?

15-09-2015, 08:28   

Xırdalan sakini Altun Əliyev üzləşdiyi qanunsuzluqla bağlı redaksiyamıza müraciət edib. Altun Əliyev deyir ki, yol polisləri heç bir əsas olmadan onun avtomobolini saxlayaraq protokol yazıblar: " Mən aşağı sürətlə hərəkət edirdim. Yüksək sürətlə gələn DYP maşını avtomobilimin qabağını kəsdi. Qəza şəraiti yaratdı. Yol polislərindən nə baş verdiyini soruşdum. Bəlli oldu ki, guya qaydanı pozmuşam. Halbuki heç bir qayda pozuntusu idi. Sadəcə məndə pul qoparmaq istəyirdilər. Pul vermədiyimi görüb, protokol yazdılar. Bu zaman protokolu yazan yol polisi İlkin Quliyevin savadı üzə çıxdı. Təsəvvür edin, mənim maşınım "JAK" markalıdır, protokolda isə maşının markasını "Mercedes" göstərilib. Bundan başqa maşının dövlət nömrə nişanı da səhv yazılıb. Avtomobilimin dövlət nömrə nişanı 90 SK 288-dir. Protokolda 90 SK 988 yazılıb".
Altun Əliyev bütün bunları texniki səhv hesab etmir. Onun sözlərinə görə, yol polisləri sərxoş olublar. Altun Əliyev saytımız vasitəsilə daxili işlər naziri Ramil Usubova müraciət edərək məsələnin araşdırılmasını xahiş edir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar