Bakıda “silahlı” direktor xanımı hansı məmurlar qoruyur?-FOTOLAR

15-09-2015, 09:47   
Bakıda “silahlı” direktor xanımı hansı məmurlar qoruyur?-FOTOLAR
Yeni tədris ili astanasında sosial şəbəkələrdə Binəqədi qəsəbəsi 179 saylı orta məktəbin direktoru Kamalə Məcid qızı Şıxliniskiyə məxsus maraqlı fotolar yayımlanıb.

Xanım direktorun “silahlı” fotoları gün ərzində sosial şəbəkələrdə “bomba kimi” partlasa da, sonradan onların ildırım sürətilə təmizləndiyinin şahidi olduq.

AzNews.az saytı həmin direktorla bağlı maraqlı faktlar əldə edib. Məlum olub ki, bu fotoların mövcudluğundan Mikayıl Cabbarovun xəbəri olsa da, xanım direktorla bağlı qərar qəbul etməkdə tərəddüd edib. Buna səbəb Kamalə Şıxliniskinin “ağır çəkili” himayədarlarının olmasıdır. Belə ki, Kamalə Şıxliniski Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxliniskinin qızıdır.

Məcid Şıxliniski

Məcid Şıxliniski isə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yaxın dostudur. Kamalə Şıxliniskini vəzifəyə də məhs X.İsgəndərov gətirib. O, Binəqədiyə icra başçısı təyin olunan kimi 82 saylı şəhər orta məktəbində müəllimə işləyən Kamalə Şixliniskini Binəqədi qəsəbəsində yerləşən 179 saylı orta məktəbə direktor təyin edib.

O da məlum olub ki, K.Şıxliniski məktəb direktoru vəzifəsinə təyin olanadək cəmi 5 illik müəllim təcrübəsi olub. 82 saylı orta məktəbindən əldə etdiyimiz məlumata görə, K.Şixliniski müəllim kimi işlədiyi 5 il müddətinin yarıdan çoxunu məzuniyyətdə keçirib.
Məlumat üçün bildirək ki, Kəmalə Şıxlınski 17 mart 1981-ci il tarixində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Dillər Universitetini bitirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar