Sumqayıt Dövlət Universitetində rəzalət-ŞİKAYƏT

15-09-2015, 09:56   


Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 24.07.2015 – ci il tarixli məlum sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı ləğv olundu. Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının maddi – texniki bazası, pedaqoji və tələbə heyət ilə birlikdə Sumqayıt Dövlət Universitetinə köçürülməsinə qərar verildi.

Bundan sonra SDU – nin rəhbərliyi AMİ – nin müəllim və texniki işçilərinə bildirib ki, universitetdə işlə təmin olunmaq istəyən işçilər demokratik və şəffaf qaydada imtahan yolu ilə seçiləcəklər. İmtahanda iştirak etmək istəyənlər öz sənədlərini attestasiya komissiyasına təqdim edə bilərlər.

Xeberle.com-a müracitə edən Müəllimlər İnstitutunun Sumqayıt filialında kitabxanaçı-biblioqraf işləmiş Aytən Əliyeva haqsızlıqla üzləşdiyini deyir. Şikayətçi bildirib ki, 14 nəfərin iştirakı ilə təşkil olunmuş attestasiya komissiyası 67 nəfər iştirakçı içərisindən 16 nəfəri seçib: “Seçilənlər Sumqayıt Dövlət Universitetinə dəvət olunurlar. Attestasiyadan keçənləri rektor Elxan Hüseynov özü şəxsən qəbul edibvə təbrik edib. Eyni zamanda kadrlar şöbəsinin rəhbərliyinə tapşırıq verir ki, işçilərin əmri sentyabrın 15 – dən gec olmayaraq verilsin. Attestasiya komissiyası tərəfindən keçirilən imtahandan keçən 16 nəfər arasında AMİ Sumqayıt filialı kitabxanasının biblioqrafı kimi mən də olmuşam. Amma sentyabrın 14 – də SDU-nun kadrlar şöbəsinə hansı işlə təmin ediləcəyimi öyrənmək üçün getdim və süprizlə qarşılaşdım.”

A. Əliyeva sözlərinə əlavə edib ki, kadrlar şöbəsindən bildiriblər ki , Humanitar məsələlər üzrə prorektor Nizami Namazovun qəbulunda olmalıdır. Prorektorla görüş zamanı A. Əliyeva maraqlı situasiya ilə qarşılaşıb: “Nizami Namazov məni müstəntiq sayağı sorğu-suala tutdu ki, bəs sən niyə bu vaxta kimi Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmamısan? Bəlkə hansısa müxalifət partiyasını dəstəkləyirsən ? Tez bir zamanda YAP -nın sıralarına daxil ol. Sübut et ki , sən hakimiyyətin siyasi kursunu dəstəkləyirsən və hər hansı bir siyası təşkilatın tərəfdarı deyilsən.

Şikayətçi deyir ki, sonra prorektor kadrlar şöbəsi ilə əlaqə saxlayaraq, onun işə qəbul olunması ilə bağlı əmrinin verilməsi üçün göstəriş verir. İş orasındadır ki, A.Əliyeva kadrlar şöbəsinə yenidən müraciət edəndə, ona bildirirlər ki, Universitetin 3 – cü korpusunda fəaliyyət göstərəcək kitabxanada artıq vakansiya yeri tutulub: “Mənə dedilər ki,ora başqa bir işçi götürülüb.Gözlə görək rəhbərlik səni hansı işlə təmin edəcək. Mənim yerimə attestasiyadan heç bir uğurlu nəticə əldə etməyən, nə ixtisası, nə də təcrübəsi uyğun olmayan olmayan biri təyin edilib.”

A.Əliyeva yenidən prorektor N.Namazova müracitə etdikdə alıb: “Prorektor dedi ki, narahat olma. Səni bir yer tapıb yerləşdirəcəklər. Mən isə ixtisasım üzrə işlə təmin edilməyimi istəyirəm. Bütün bu ədalətsizliklər YAP üzvü olmadığıma görə edilirsə,Azərbaycan vətəndaşlığından imtina edəcəm.”

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq./Xeberle.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar