İsmayıllı rayonunda intihar hadisəsi baş verib. 12 yaşlı məktəbli yeni dərs gününə bir gün qalmış özünü asaraq intihar edib.
İsmayıllı Rayon Polis şöbəsinin verdiyi məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü Əsədov İsmət Qismət oğludur. O, yaşadığı evin həyətindəki anbarın çardağında özünü asıb. Hələlik intiharın səbəbi bəlli deyil, araşdırma aparılır.
Ailəni tanıyan şəxsin verdiyi məlumata görə, yeniyetmənin intihar etməsinə səbəb dərslərin açılmasına bir gün qalsa da, ailəsinin çanta və köynək ala bilməməsi olub. (Qafqazinfo)