Bakıda iki nəfər intihar edib. Xətai Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayonun Şıxlınski küçəsində yaşayan 64 yaşlı Dilarə Əliyeva özünü yaşadığı binanın yeddinci mərtəbəsindən atıb.
Digər intihar hadisəsi isə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon prokurorluğundan “Report”a verilən məlumata görə, 23 yaşlı Mahir Məmmədov hamamda özünü asıb.
Hər iki faktla bağlı araşdırma aparılır.