Deputatın «Azəryolservis» sədri olmaq niyyəti boşa çıxır
“Aqrartikinti” ASC-nin rəhbəri, deputat Ağalar Vəliyev “Azəryolservis”-ə sədr təyin olunmaq istəyi baş tutmaya bilər. Redaksiyamıza daxil olan məlumata görə, artıq bu posta Saleh Məmmədovun təyin olunması barədə qərar verilib. Qeyd edək ki, Ağalar Vəliyev yeni vəzifə təyinatında prezidentin şəxsi mühafizə xidmətinin rəhbrəi, general-polkovnik Bəylər Əyyubovun hakimiyyətdəki nüfüzundan yararlanmağa çalışırdı.
Məlumat üçün deyək ki, deputat generala yaxın şəxs kimi tanınır. Bəzi məlumatlara görə, Cavid Qurbanov “Azəryolservis”in sədri vəzifəsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə transfer ediləndən sonra Ağalar Vəliyev onun yerinə təyinat almaq üçün cəhd göstərib. Lakin cəhdləri boşa çıxıb.