“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə şəhid ailələrinə, Qarabağ əlillərin diqqət və qayğı göstərib, bütün məmurlara da bu insanlara qarşı diqqətli olmağı, onlarla ədalətli davranmağı tapşırıb. Amma İlham Əliyevdən fərqli olaraq, bəzi məmurlar və iş adamları şəhid ailələrinə qarşı ədalətsiz və laqeyd münasibət göstərilər. Niyə bunlar prezidentin sözlərini eşitmir, öz bildikləri kimi hərəkət edirlər?! Bu bizi çox narahat edir!”
Bunu üz tutan Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova deyir. O, deyir ki, neçə aydır “Akkord” şirkəti şəhid Arzuman Azadxan oğlu Əsədullayevin ailəsinə qarşı belə bir sayğısız münasibəti göstərir.
“Akkord”dan şəhid ailəsinə qarşı biabırçı münasibət
A.Zeynalovanın bildirdiyinə görə, şəhid ailəsi “Akkord” Şirkətlər Qrupundan şikayətçidir. “Akkord” Şirkətlər Qrupunun rəhbərliyi yaranmış problemlə əlaqədar şəhid ailəsini qəbul edib onları dinləmək istəmir: “Deməli, məsələ belədir: 03.08. 2011-ci il tarixdə şəhid Arzuman Əsədullayevin qardaşı, həyat yoldaşı Maral Əsədullayevanın adına 14289 saylı müqavilə əsasında “Akkord” Şirkətlər Qrupundan Sabunçu rayonu 2595 saylı məhəllədə Y.Əliyev küçəsi, 1 ünvanında yerləşən binadan kredit yolu ilə 3 otaqlı mənzil alıb. Ailə bu müddət ərzində mənzili təmir etdirib. Kredit ödənişi əvvəllər “Texnikabank”da həyata keçirilsə də, “Texnikabank”ın bağlanmasından sonra ödəniş Beynəlxalq Bank vasitəsilə həyata keçirilməyə başlayıb. Banklar arası dəyişmə zamanı arada bir boşluq yaranıb. Bu boşluq səbəbindən ailənin ödənişi obyektiv səbəbdən bir müddət gecikib. Bunun ardınca isə ailə üzvləri arasında ağır xəstəliklər ortaya çıxıb. Biri hepatit olmaqla ailədə 3 nəfər ağır xəstəliyə tutulub. Buna görə də kredit ödənişində gecikmə yaranıb, gecikməyə görə də müəyyən cərimələr hesablanıb. İndi isə şəhid ailəsi borclu olduğu vəsaiti ödəmək istəyir. Və bunun üçün şirkətə müraciət edib kreditin ödəniş qrafikinin yenidən tərtib olunmasını və müddətin uzanmasını xahiş edib. Lakin bu mümkün olmayıb. Çünki bu işə razılıq verə biləcək şirkətin rəhbəri və ya səlahiyyətli şəxsləri şikayətçini, Şəhid Ailələri Cəmiyyətinin rəhbərliyini qəbul etmir. Şirkətin ofisi işçiləri deyirlər ki, əvvəlcə yaranmış borcu ödəyək, sonra yeni qrafik hazırlaması məsələsinə baxarlar. Elə problem də o məbləğin şəhid ailəsi tərəfində birdəfəlik ödənilməsi mümkün olmadığından yaran axı. Şirkətin işçiləri bunu nəzərə almırlar. Biz istəyirik ki, həm yığılıb qalan əsas məbləği, həm faizləri, həm də cəriməni bizə veriləcək yeni qrafik əsasında ödəyək. Amma onu bizə vermirlər, rəhbərlik də görüşdən qaçır Bax problem də bu üzdən yaranıb. Əslində Akkord rəhbərliyi ailəni, bizi qəbul etməməklə çox ciddi bir problem yaradırlar. Belə olan halda biz neyləməliyik?!”.
A.Zeynalova bildirir ki, şəhidin atası Azadxan Əsədullayev baş verənlərlə əlaqədar infarkt keçirib. Anası yataq xəstəsidir. Ailənin daha bir üzvü hepatit xəstəliyindən əziyyət çəkir. Ailənin bu cür ağır vəziyyətdə olmasından dolayı “Akkord” Şirkətlər Qrupunun rəhbərliyindən yüksək vəzifəli şəxslərdən heç kim bu ailəni qəbul edərək onları eşitmək istəmir.
Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova bildirib ki, onlar bir ildən çoxdur ki, bu məsələ ilə əlaqədar şirkətin rəhbərliyi ilə görüşə bilmir: “Mən anlaya bilmirəm, dövlətimizin başçısı, cənab İlham Əliyev bu insanlara qayğı göstərdiyi halda, bəzi məmurların, iş adamlarının belə yarıtmaz münasibətin səbəbi nədir?”
Onu da qeyd edək ki, Arzuman Azadxan oğlu Əsədullayev 1992-ci ildə Şuşa-Laçın istiqamətində gedən döyüşlərdə torpaqlarımızın müdafiəsi zamanı şəhid olub.
“Akkord”dan şəhid ailəsinə qarşı biabırçı münasibət - FOTO“Akkord”dan şəhid ailəsinə qarşı biabırçı münasibət - FOTO