Sumqayıtda “El ağsaqqalı”nın priton biznesi

23-09-2015, 01:20   
Sumqayıtda “El ağsaqqalı”nın priton biznesi
Dəmir alverçisi bar sahibinə necə çevrildi?
fahisexanaSon illər hüquq-mühafizə orqanlarının həyata keçirdiyi bütün tədbirlərə rəğmən adı insan alverində hallanan bar və pritonların sayının getdikcə artması heç kimə sirr deyil. Görünən odur ki, qadın biznesinin ən çox pul gətirən sahələrdən biri sayılması bu biznesi nəinki gənclər, hətta ağsaqqal hesab ediləcək şəxslər üçün də vazkeçilməz edir.
Redaksiyamıza daxil olan məlumata görə, bu qəbildən olan “ağsaqqal”lardan biri də Novxanı sakini Həsənqulu Quliyevdir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, əsl adı Həsənqulu olsa da camaat arasında daha çox “Rəsul” ləqəbi ilə tanınan bu şəxs bir neçə bar və gecə klubuna rəhbərlik edir ki, bu da “el ağsaqqalına” ciddi miqdarda vəsait qazandırır. Mənbənin sözlərinə görə, uzun müddət dəmir alveri ilə məşğul olan Rəsul daha sonra bir tanışının məsləhi ilə daha yüngül və əziyyətsiz qazanc vəd edən bar-kafe biznesinə başlayıb. Tədricən bu sahədə zəngin təcrübə əldə edən “el ağsaqqalı” qısa müddət ərzində təzə peşəsində ciddi “uğurlar” ortaya qoyur. Belə ki, Sumqayıt ərazizində bir neçə bar və pritona yiyələnən Rəsul qısa müddət ərzində öz biznesini ölkə paytaxtına qədər irəlilədə bilir.
Mənbənin sözlərinə görə, hazırda “el ağsaqqalı”nın malik olduğu bar və klublardan ən məşhuru Sumqayıtdakı “Metallurq bar” və “Fontan” hesab edilir. Əyyaşlıq yuvası hesab edilən hər iki məkanda yaxın keçmişdə bir sıra ciddi qanun pozuntuları baş verib ki, bu da hüquq-mühafizə orqanlarının müdaxiləsinə səbəb olub. Lakin bütün baş verənlərə rəğmən hələ də sahiblik etdiyi bar və pritonları öz bildiyi şəkildə idarə edən, şəxsi maraqları naminə gənc nəslin əxlaq və tərbiyəsinə zərbə vuran H.Quliyev bu gün də priton biznesini ciddi-cəhdlə genişləndirməkdədir. Görünən odur ki, “el ağsaqqalı” ömrünün qürub çağında ölkənin ən geniş bar və klub şəbəkəsinə sahib olmağa çalışır və bu yolda onu nə saçı, nə saqqalı, nə də el qınağı saxlayana oxşamır.
P.S.Gələn yazımızda oxucuları H.Quliyevin kimliyi ilə daha yaxından tanış etməklə yanaşı, onun sahibi olduğu digər bar və pritonların adını da ictimaiyyətə elan edəcək, orda baş verən qanunazidd əməlləri işıqlandırmağa çalışacayıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar