Gənc fəal Nicat Əsədov mitinqlərdə iştirak etdiyinə görə hədəfə gəlib. Bu barədə redaksiyamıza Nicat Əsədovun yaxınları məlumat verib. Onların sözlərinə görə, Nicat Əsədov həmişə hakimiyyətə tənqidi münasibətilə seçilib. "Dəfələrlə müxalifətin mitinqlərində iştirak edib. Onun fəallığı diqqət çəkdiyinə görə təqiblərə məruz qalıb. Nicat həbs olunacağından ehtiyat edərək ölkəni müvəqqəti olaraq tərk edib. Lakin hələ də təhlükə sovuşmayıb. Hələ də yaşadığı evin yaxınlığında naməlum şəxslər gözə dəyir. Bizdə məlumat var ki, onlar Nicatın qayıdacağını gözləyir. Güman ki, Nicat qayıdan kimi onu həbs edəcəklər. Hər kəsə bəllidir ki, Azərbaycanda hökuməti tənqid edənlər hədəfdədi. Onlarla gənc məhz bu səbəbdən şərlənərək həbs olunub. Biz də Nicatın həbs olunacağından ehtiyat edirik. Ona görə də mətbuat vasitəsilə yerli hüquq müdafiəçilərinə, səfirliklərə müraciət edərək bu məsələni diqqətdə saxlamalarını xahiş edirik".