Həccdə böyük faciə: 717 ölü, 863 yaralı FOTO/VİDEO YENİLƏNİR

24-09-2015, 20:54   

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib

Yüzlərlə zəvvarın ölümünə səbəb olan hadsəyə Səudiyyə rəsmiləri ilkin münasibət bildiriblər. Səhiyyə naziri Xalid əl Falih, hadisəyə zəvvarların intizamsızlığının səbəb olduğunu bildirib:

“Hacılar təlimatlara uyğun hərəkət etsəydilər, belə bir hadisə baş verməzdi. Bir çox zəvvarın səlahiyyətlər tərəfindən verilən təlimatlara riayət etmədən hərəkət etməsi, bu faciənin baş verməsinə səbəb olub”.

Həcc ziyarəti zamanı baş verən faciədə Türkiyə vətəndaşlarının olduğu da ehtimal olunur. Bu barədə Türkiyənin Dini İşlər İdarəsinin başçısı Mehmət Görməz məlumat verib. O, bu saata qədər 18 Türkiyə vatandaşı ilə əlaqə saxlaya bilmədiklrəini açıqlayıb.

***

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Xidməti Minada baş verən faciədə ölənlərin sayının 717 nəfəri ötdüyünü, 863 zəvvarın isə yaralandığını açıqlayıb.


İran baş verən faciəyə görə Səudiyyə Ərəbistanını ittiham edib. İran rəsmisinin bildirdiyinə görə, hadisənin baş verdiyi yerə yaxın bir yolun hadisədən qısa müddət əvvəl məlum olmayan səbəblərdən bağlanıb. Bu da faciənin yaşanmasına səbəb olub.

Xəbərdə, izdiham zamanı ən az 15 İran vətəndaşının öldüyü də bildirilir.

***



16:40

Yaşanan faciədə ölənlərin sayı durmadan artır. Artıq ölü saynın 453 nəfəri ötdüyü, yaralıların isə 719-a çatdığı bildirilir. Hazırda yaralılara 220 təcili yardım və 4 min səhiyyə işçisi yardım göstərir. Ölənlərin daha çox Afrika qitəsindən gələn zəvvarların olduğu bildirilir.

İlkin məlumatlara görə, hadisəyə hərəkət edən nərdivanlarda yaranan problemlər səbəb olub.

***



12:30

Məlumata görə, Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 150 zəvvar ölüb, 400 zəvvar isə yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb.







[media=https://www.youtube.com/watch?t=1&v=E-ueyRW4Ec8]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar