bilasuvar-idare reisiBu dəqiqələrdə Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb. Rayon sakinlərinin verdiyi məlumata görə, Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlu işlədiyi idarənin binasında intihar edib.
Yerli sakinlərin sözlərinə görə, Ağayev İlkin 1980-ci il təvəllüdlüdür. O, iki ay əvvəl rəis vəzifəsinə təyin olunub. Rayonda ən nümunəvi şəxslərdən biri hesab olunur.
3 övlad atası olan Ağayevin intihar etməsindən bütün rayon əhalisi şoka düşüb. (Qafqazinfo)