Bakıda silahlı insident: iki nəfər ayağından vuruldu

26-09-2015, 22:58   
Bakıda silahlı insident: iki nəfər ayağından vuruldu

Bakıda 2 nəfər ayağından silahla vurulub. Hadisə Xətai rayonu ərazisində baş verib.

Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, Məhəmməd Hadi küçəsi 7-də baş verən silahlı insident zamanı iki nəfər ayağından yaralanıb.

Onları vuran şəxs qaçaraq hadisə yerindən uzaqlaşıb. Hadisənin hələ ki, hansı səbəbdən baş verməsi məlum deyil. Məlum olan odur ki, silahlı şəxsin güllələdiyi iki nəfəri öldürmək yox, qorxutmaq məqsədi ilə vurub.

Sentyabrın 20-də baş verən hadisəni törədən şəxsin kimliyi məlum olub. O, 1978-ci il təvəllüdlü Azər Məmmədov olub. Azər Məmmədov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Məlum olub ki, o cinayəti törətdiyi pnevmatik tapançanı Xəzər dənizinə atıb.

Hadisə zamanı yaralanan şəxslər Seymur Soltanəliyev və Faiq Rəşidov olub.

İlkin Muradov
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.
  • {sape_links}{sape_article}