Aşnası ilə birləşib ərini öldürən və meşədə basdıran tibb bacısı imiş

1-10-2015, 22:11   
Aşnası ilə birləşib ərini öldürən və meşədə basdıran tibb bacısı imiş
Bakının Yasamal rayonunda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Aparılan araşdırmalar zamanı Kamran Mahmudovun öz həyat yoldaşı Lalə Mahmudova və onun Sədi adlı tanışı tərəfindən öldürüldüyü təsdiqlənib. Həmin şəxslər meyiti hissələrə bölərək İsmayıllı rayonu ərazisində meşədə basdırıblar. Meyitin basdırıldığı təxmin edilən əraziyə baxış keçirilib və Kamran Mahmudovun hissələrə bölünmüş meyiti aşkarlanıb.

Qətli törətmiş Lalə Mahmudovanın Respublika Dəri-Zöhrəvi Dispanserində tibb bacısı, qətldə iştirak edən Sədi adlı şəxsin isə zərgər işlədiyi bildirilir.

Zərgər işləyən şəxsin Mərkəzi Univermaqda iki mağazasının olduğu qeyd edilir. Onun Lalə Mahmudova ilə tanışlığı qızın anası vasitəsilə olub. Hər iki şəxs Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır (APA TV).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar