Deputatlığa namizəd həddini aşdı: “Mənə səs verməyən ermənidir…”

2-10-2015, 02:06   
Deputatlığa namizəd həddini aşdı: “Mənə səs verməyən ermənidir…”
112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd Paşa Məmmədov (İlisuyski) barəsində hüquq-mühafizə orqanlarında araşdırma başladılıb
rrHər dəfə olduğu kimi, bu il də parlament seçkiləri öncəsi ölkədə ictimai-siyasi fəallıq artmaqdadır. Namizədliyin irəli sürülməsi prosesi sabah rəsmən bitsə də, artıq bütün dairələrdən deputatlığa namizədlər bəllidir və seçki təbliğatına hazırlıq işləri yekunlaşmaqdadır.
Ölkənin qaynar seçki dairələrindən biri olan 112 saylı Qax seçki dairəsində də deputatlığa namizədlərin qeydiyyatı davam edir və hələ ki, Mərkəzi Seçki Komissiyasının rəsmi internet saytında beş nəfər namizədin qeydiyyata alındığı barədə məlumat var.
Namizədlər arasında son vaxtlar adı daha çox qalmaqallı açıqlamalarda hallanan əslən Qax rayonundan olan, lakin Ukraynada yaşayan Paşa Məmmədov da var. İlisu kəndindən olan Paşa Məmmədov özünə “İlisuyski” ləqəbini də götürüb. Hələ rəsmi seçki təbliğatı başlamamış ölkə mətbuatının gündəminə düşən Paşa Məmmədovun Facebook sosial şəbəkəsində paylaşdığı fikirlər onunçün başağrısına çevrilib. Belə ki, özünə rəqib olacaq və ona qarşı təbliğat aparacaq, habelə ona səs verməyəcək şəxsləri “erməni” adlandıran deputatlığa namizədə elə öz həmyerliləri sərt etiraz etməyə başlayıblar. Etirazlar o həddə çatıb ki, məsələ rayon ictimaiyyəti səviyyəsində müzakirə olunmaqdadır.
Rayon sakinlərinin etirazları Qaxın hüquq-mühafizə orqanlarını da hərəkətə keçməyə və Facebookda yazılanlarla bağlı Bakıya məruzə etməyə vadar edib. Verilən məlumatlara görə, Paşa Məmmədov barəsində qeyri-rəsmi araşdırmaya start verilib və deputatlığa namizədin barəsində məlumatlar toplanmaqdadır. Onun bir zamanlar XİN sistemindən qovulması faktı, ABŞ-ın Bakıdakı keçmiş səfiri Eskudero ilə yaxın qohumluq əlaqələri, XİN sistemində çalışan və Arif Məmmədova yaxınlığı ilə seçilən diplomatlarla Bakıda keçirdiyi gizli görüşlər, habelə Ukraynadakı Maydan Hərəkatı zamanı inqilabçı qüvvələrlə birgə fəaliyyəti və digər faktlar istintaq materialı qismində toplanmaqdadır. Bundan başqa, Paşa Məmmədovun Rusiyada fəaliyyət göstərən “Milyarderlər İttifaqı” üzvləri ilə də müəyyən kontaktları aşkar edilib.tt
Azərbaycan vətəndaşı olan Paşa Məmmədovun xaricdəki arzuolunmaz dairələrlə yaxınlığı ölkənin hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb. Sadəcə seçki ərəfəsi gərginlik yaratmamaq və beynəlxalq təşkilatların tənqidinə tuş gəlməmək məqsədilə rəsmi araşdırma barədə açıqlama verilmir.
Paşa Məmmədovun atası, hazırda Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun baş həkimi olan Xəyyam Məmmədov da oğlunun fəaliyyəti ilə bağlı problemlərlə üzləşib. Onun da seçkidən həmən sonra vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.
Qeyd edək ki, barəsində yayılan söhbətlərlə bağlı video müraciət yayan Paşa Məmmədov yenidən erməni məsələsini gündəmə gətirib və özünə qarşı olan hər bir Qax sakinini erməni ilə eyni gözdə gördüyünü bildirib. Qaxın tanınmış şəxsləri tərəfindən ciddi müzakirə olunan bu məsələ rayonda ciddi narazılığa səbəb olub və Paşa Məmmədovun rayonda keçirəcəyi görüşlərinə qatılmamaq barədə kənd camaatına tapşırıqlar verilib. Seçkidən dərhal sonra isə Paşa Məmmədovun Qaxdan çıxarılması barədə rayon icra hakimiyyətinə də müraciətlər də daxil olmaqdadır.(azpolitika.info)
Turqut
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar