274 saylı məktəbdə müəllimlər “dilənməyə” başlayıb

3-10-2015, 09:39   
274 saylı məktəbdə müəllimlər “dilənməyə” başlayıb

anaxeber.info xəbər verir ki, AFN.az saytına Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəblə bağlı şikayət daxil olub.

Adlarının çəkilməsini istəməyən bir qrup valideyn tərəfindən edilən bildirilir ki, “Müəllim günü” münasibəti ilə sözügedən məktəbdə müəllimlər artıq pul yığmağa başlayıb. Özü də hər uşaqdan nə az, nə çox, 25 manat tələb edilir: “Təsəsvvür edin ki, həmin məktəbdə bir ailədən 2-3 uşaq oxuyarsa, bu rəqəm 50-75 manata çatır”.

Övladı həmin məktəbdə təhsil alan daha bir neçə valideyinlə bu məlumatı dəqiqləşdirdikdən sonra qarşı tərəfin də məsələyə aydınlıq gətirməsini istədik. 274 saylı məktəbin direktoru Atakişi Cəfərovla əlaqə saxlaya bilməsək də, zəngimizə onun katibəsi cavab verdi. O isə olanları təkzib etdi: “Atakişi müəllim hazırda tədbirə qatılmaq üçün Sahil qəsəbəsindədir. Ancaq bu məlumat yalandır. Bizim məktəbdə pul yığılmır”.

Qeyd edək ki, məlumatın yalan olduğunu bildirən katibə nədənsə, məlumatı verən valideynlərin kimliyini təkidlə dəqiqləşdirmək istəyirdi. O, qeyd etdi ki, direktor müəllimlərə göstəriş verib ki, valideynlərdən bir qəpik də alınmasın. Ancaq valideynlər AFN.az-a bildirdilər ki, direktor üzdə bunu müəllimlərə desə də, özü bu pulun yığılmasını onlardan tələb edir. Üstəlik, valideyinlərə bildirilib ki, hara istəyirlər şikayət eləsinlər, məbləğ yığılmalıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar