Son illər “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL QSC) ilə bağlı əsas diqqəti çəkən məsələlərdən biri də şirkətin böyük ziyanla işləməsinə dair hesabatlardı. Rəsmi statistikaya görə, son illər hava nəqliyyatında sərnişin daşımaları artsa da, Azərbaycan aviaşirkətlərin ziyanı 1999-cu ildən bu yana 500 milyon manatı keçib.
Qeyd edək ki, Azərbaycanda 3 şirkət sərnişin daşımaları ilə məşğul olur. Bunlar “Azerbaijan Airlines” Dövlət Aviaşirkəti (AZAL) və Cahangir Əsgərova məxsus olan “Turan Air” və “Silk Way Business Aviation” şirkətlərdir. Rəsmi sənədlərdə sərnişin daşımalarının 99% “Azerbaijan Airlines” -in payına düşdüyündən, müvafiq olaraq 500 milyondan artıq ziyanın da 99% Dövlət Aviaşirkətinin üzərinə yazılıb.
1AZHY«AzPolitika.info»-nun aparığı araşdırmalar zamanı məlum olub ki, AZAL QSC 2000-ci ildən ziyanla işləməyə başlayıb. Rəsmi məlumatlarda aviaşirkətlərin 1996-1998-ci illərdə çox böyük mənfəətlə işlədiyi öz əksini tapıb. Ancaq 2000-ci ildə şirkət sərnişin daşımalarından 33 milyon manat əldə etsə də, ümumilikdə 7,4 milyon manat ziyan edib. Sonrakı illər bu ziyan sürətlə artıb. Hətta 2010-cu ildə bu rəqəm fantastik həcmdə – 119,8 milyon manat göstərilib. Sonrakı illərdə ziyanın həcmi bir qədər azalsa da, 10 milyonlarla manatla göstərilib.
Məsələnin qəribəliyi ondadır ki, dövlət aviaşirkətinin ziyanı sərnişin qıtlığından deyil, bolluğundan yaranıb. Belə ki, 1998-ci ildə cəmi 833 min sərnişin daşındığı halda, aviaşirkətlərimiz 40,3 milyon manat gəlir əldə edib. Ancaq 2007-ci ildə 1 milyon 526 min, 2011-ci ildə 1 milyon 394 min, 2012-ci ildə isə 1 milyon 600 min nəfər sərnişin daşındığı halda, aviaşirkətlərimiz böyük ziyan ediblər. Baxmayaraq ki, AZAL-ın təqdim etdiyi qiymətlərin digər aviaşirkətlərlə müqayisədə xeyli yüksək olması (qonşu Gürcüstanla müqayisədə AZAL biletləri təxminən 2 dəfə baha satır), yəni maya dəyərindən dəfələrlə baha satması, aviabenzini isə ucuz alması zərərin olmasını mümkünsüz edir…
1CAHBu müəmmanın səbəbləri barədə saytımızda hələ bir neçə il öncə geniş araşdırma dərc edildiyindən, təkrarlamaq istəmirik (bax: “«CANİK» AZAL-ı NECƏ MÜFLİS ETDİ?” başlıqlı yazıya-müəl.)
Sadəcə qeyd edək ki, ziyanın belə böyüməsinin bir səbəbi şirkətdə gəlirlərin təyinatından yayındırılması, korrupsiyanın miqyasının artması ilə bağlıdırsa, digər səbəbi də AZAL-ın prezidenti Çahangir Əsgərovun bütün gəlirli sahələri dövlət şirkətinin nəzarətindən çıxararaq, öz holdinqinə transfer etməsidir. Söhbət Cahangir Əsgərovun 2006-cı il iyul ayının 14-də öz adı ilə olmasa da, rəsmən qeydiyyatdan keçirdiyi «Silk Way Holdinq»in nəzdindəki şirkətlərdən gedir. Holdinqin Cahangir Əsgərovun yaxın qohumunun adına qeydiyyata alındığı bildirilir. Bəzi məlumatlara görə, holdinqə C.Əsgərovun bacısı oğlu rəhbərlik edir.
Son 10 ildə təkcə investisiya xərcləri adı ilə büdcədən 860 milyon manat alıb xərcləyən AZAL prezidenti, qısa müddətdə dövlətə məxsus aviasiya sahəsində bütün xidmətləri baş ofisi Heydər Əliyev adına Beynəlxalq Aeroportda, yəni AZAL şefinin öz yanında yerləşən «Silk Way Holdinq»ə transfer edib. 3AZSWSon məlumatlarda holdinqin tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən 23 şirkətin daxil olduğu göstərilib: Airport Gate; Airport Hotel; Azal Sığorta; Baku Cargo Terminal (BCT); Duty Free; Euroasian Cargo; Ground Handling Company (GHC); Silk Way Airlines; Silk Way Bank; Silk Way Business Aviation; Silk Way Construction; Silk Way Helicopter Services (SWHS) ; Silk Way Technics (SWT); Silk Way Information Technologies (SWIT); SW Catering & Supply; Sky Catering ; SW Travel; Turan Air və sair.
Bu şirkətlər vasitəsilə böyük pullar qazanan Əsgərovun komandası həm vətəndaşları, həm də dövləti, sözün həqiqi mənasında, soymaqla məşğuldur. Əsgərovun təkcə offşor kompaniyasının vasitəsilə həyata keçirdiyi karqo daşımalardan ildə bir neçə yüz milyon dollar gəlir götürdüyünə dair məlumatlar var. Holdinqin tərkibində Baku Cargo Terminal və Euroasian Cargo şirkətlərinin yaradılmasında da məqsədin məhz ölkə daxilində və beynəlxalq miqyasda yükdaşımalardan gələn gəlirin böyük hissəsini ələ keçirmək olduğu şübhə doğurmur. 4KARTəkcə 2011-ci ildə hava daşımalarından əldə edilmiş gəlirlərin 558 milyon manata yaxın olması, Əsgərovun qazancının miqyasını təsəvvür etməyə imkan verir.
Təssüf doğurucu və acınacaqlı hal həm də odur ki, AZAL-da olduğu kimi, Əsgərov holdinqinin tərkibindəki şirkətlərinin də rəhbərliyinə, gəlirli sahələrə əsasən qeyri-azərbaycanlıları yığıb. Bu barədə “AzPolitika.info”ya şirkətlərdən birində çalışan şəxs məlumat verib.
Belə şirkətlərdən biri də, AZAL-ın uçuşları vaxtı təyyarələrdə qida təminatını və xidmətlərini həyata keçirən “SKY Catering” şirkətidir. Rəsmi internet saytında bu şirkətin 31 oktyabr 1997-ci ildə yaradıldığı bildirilir. Ancaq sonradan «Silk Way Holdinq»in tərkibinə daxil edilib. Hər halda holdinqin nəzdindəki şirkətlərin siyahısında “SKY Catering”in adı ilk sırallarda gəlir.
1SKEHoldinqin saytında şirkətlə bağlı verilən məlumatda bildirilir ki, “SKY Catering” Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində fəaliyyət göstərir və hava gəmilərində qidalandırmanı təmin edir. O da vurğulanır ki, şirkət Fransada istehsal olunmuş, müasir texnoloji avadanlıqlarla təchiz edilmiş sexlərində yüksək keyfiyyətli, geniş çeşidli bort qida məhsulları istehsal edir. “SKY Catering” şirkətinin xidmətlərindən “AZAL”, “Silk Way Airlines”, “Lufthansa”, “Cargolux”, “Aeroflot”, “S7”, “Pulkovo” və digər tanınmış aviaşirkətlər aktiv istifadə edirlər. Şirkət həmçinin xüsusi və literli reyslərə də xidmətlər göstərir. Sözümüz yox.
Rəsmi statistikaya görə, 2014-cü ildə AZAL-ın 1 milyon 800 mindən bir qədər çox sərnişin daşıdığını nəzərə alsaq, C.Əsgərovun bu şirkətinin nə qədər gəlir əldə etməsini təsəvvür etmək çətin olmaz. Hər halda hesablamalar göstərir ki, Əsgərovun holdinqinin tərkibindəki bu şirkətin təkcə təyyarələrdə verilən yeməkdən olan illik gəliri 50 milyon manata yaxın təşkil edir.
Vadia01“AzPolitika.info”ya verilən məlumata görə, bu şirkətdə də əsas vəzifələrdə çalışanların əksəriyyəti qeyri-azərbaycanlıdır. Şirkətin direktoru vəzifəsinı milliyətcə ləzgi olan Teymur Namiq oğlu Məmmədov tutsa da (Mənbə bu şəxsin qeyri-rəsmi milyonçu olduğunu, xaricdə və Azərbaycanda daşınmaz əmlakları – Praqada evi, Bakıda “Metro-Park”-da mağazaları, Şüvəlanda villası və sairə olduğunu qeyd edir), kadrlar şəxsən Əsgərovun özü tərəfindən toplanır. Məsələn, Livan əsilli Vadia Semaanın “SKY Catering”in baş aşbazı vəzifəsinə məhz Əsgərov tərəfindən təyin olunduğu bildirilir. Şirkətin yaydığı məlumatda Vadia Semaanın böyük iş təcrübəsi olduğu, Bakıya gəlməzdən əvvəl Livanın, İraqın, Banqladeşin, Rumıniyanın aviaşirkətlərində çalışdığı, Roma Papasının Azərbaycana səfəri zamanı ona yüksək səviyyədə xidmət etməsi xüsusilə qeyd edilsə də, milliyəti haqda heç bir məlumat verilmir.
Daxil olan məlumatlar göstərir ki, bu heç də təsadüfi deyil. Şirkətdəki qaynağın israrlı iddiasına görə, Vadia Semaan Livan əsilli ermənidir! Bu məlumatın ciddi araşdırılmasına ehtiyac var. Lakin təəsüf ki, bizim belə bir imkanımız yoxdur. Bunu müvafiq dövlət orqanları etməlidir. Əgər bu məlumat doğrudursa, AZAL rəhbərinin Bakıdakı şirkətinin baş aşpazlığını erməniyə tapşıracaq qədər irəli getməsi heyrət doğurur.
aslan ismBəlkə də bu, vəkil Aslan İsmayılovun iddia etdiyi kimi, C.Əsgərovun Azərbaycan vətəndaşına olan münasibəti ilə bağlıdır. Sitat: “Cahangir Əsgərov Azərbaycan vətəndaşlarına baha qiymətə bilet satır, burada pul qazanır, amma ölkədə heç nəyi yoxdur. Bu adamın malı, mülkü xaricdədir. Onu Azərbaycan vətəndaşının narazı olmağı, etiraz etməsi də əsla maraqlandırmır. O, Azərbaycan dilində danışmağı da özünə rəva bilmir. İş yerində hamı rus dilində danışanlardır. Cahangir Əsgərov Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxır, öz işçilərini ən ağır sözlərlə təhqir edir. Mənə bu barədə yazanlar var”.
Xatirladaq ki, AZAL-dakı mənbənin şirkətdə vəzifə tutanlarla bağlı “AzPolitika.info”ya təqdim etdiyi natamam siyahı da tanınmış vəkilin dediklərini təsdiqləyir. Həmin siyahıya bird aha diqqət edək:
1. AZAL prezidenti Cahangir Əsgərov – milliyəti naməlum;
2. İqtisadiyyat və maliyyə məsələləri üzrə vitse-prezident – Andropova Lyubov Pavlovna – Rusiya vətəndaşı;
3. Hüquq İdarəsinin rəisi – Kazımova Lyudmila Akperovna;
4. Xüsusi şöbənin rəisi (I şöbənin) – Tarasova Valentina Qavrilovna;
5. Maliyyə-iqtisad İdarəsinin rəisi – Quliyev Ələddin Xeyirbəy oğlu, milliyətcə ləzgidir;
6. Baş mühasibin müavini – Knyazeva Vera Vasilyevna;
7. Baş mühasibin müavini – Qusarova Marina Qəzənfərovna;
8. İqtisadi Proqnozlaşdırma Xidmətinin rəisi – Bikinina Raisa
9. İqtisadi proqnozlaşdırma şöbəsinin rəhbəri – Kalinova Nina Anatolyevna və s.
Metrologiya xidmətində 10 mütəxəssisdən yalnız biri azərbaycanlıdır, digərləri hamısı rusdur.
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi:
Müdir – Sultanov Valeriy Zeynətdinoviç
Müdir müavini – Ayutov Davud Xasanoviç.
1397648908_03Rəhbərliklə yanaşı, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi işçilərinin 70 faizindən çoxu digər millətlərdəndir. AZAL–a aid digər müəssisələrdə də durum eynidir.
Məlumatlara görə, təyyarələrin təmiri xidməti yerli mütəxəssislərlə eyni səviyyədə olmayan Türkiyə vətəndaşlarının rəhbərliyi altındadır.
Son vaxtlara qədər Milli aviaşirkətin icraçı direktoru Baltikyanı ölkələrin birindən olan xanım idi.
Daşınmaların Təşkili Xidmətinin müdiri Avstriya aviaşirkətinin keçmiş təmsilçisi Kristina adlı qadın idi.
Bütün bunlara görə, milli mütəxəssislər AZAL-dan kənarda özlərinə iş axtarmaq məcburiyyətindədirlər. Bu faktlar Cahangir Əsgərovun Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxdığına dair fikirləri təsdiqləyir. Ancaq onun millətimizin düşməni olan erməniyə belə vəzifə verməsi artıq əndazəni aşmaqdır. Bunun bədəli olacaqmı?
Murad Məmmədov
AzPolitika.info
P.S. “SKY Catering” şirkətinin ancaq ingilis dilində olan internet saytından götürdüyümüz əlaqə telefonlarına cavab verilmədiyindən baş aşpazın erməni əsilli olması haqda məlumata özlərinin münasibətini öyrənə bilmədik.