“Ziya-Musa-Arif” “trio”sunun ağsaqqalı Yaradanquliyev qayıdır - NN şefinin işi daha da çətinləşir...

5-10-2015, 09:30   
“Ziya-Musa-Arif” “trio”sunun ağsaqqalı Yaradanquliyev qayıdır - NN şefinin işi daha da çətinləşir...
Bir şəxsin barəsində bəhs etmək istəyirik. Bu ad ölkə mediasına o qədər də bəlli deyil. Söhbət Bəhram Alay oğlu Yaradanquliyevdən gedir. Yaradanquliyev fəxri dəmiryolçu ailəsində anadan olub. Onun atası mərhum Alay İsmayıl oğlu Yaradanquliyev uzun illər Dəmir yol idarəsində yüksək vəzifələrdə işləyib.

Hazırda Nəqliyyat nazirinin muavini vəzifəsində çalışan Musa Pənahovun, Arif Əsgərovun o vaxt Dəmir yol idarəsinə işə qəbul olunması Alay İsmayıloviç tərəfindən həyata keçirilmişdir. Sonra da onun oğlu Bəhram Yaradanquliyev Dəmir yol idarəsinin yük-konteyner stansiyasının rəisi vəzifəsində çalışıb.

Bəhram Yaradanquliyev 1994- cü ildə “Azerreyl” nəqliyyat şirkətini təsis edərək həmin dönəmdə Ziya Məmmədov, Musa Pənahov və Arif Əsgərov “trios”nun ağsaqqalı olmuşdur. Beləki 1996- cı ildə Dəmir yol idarəsinin rəisi Vahid Məmmədov Nadirli tutduğu vəzifədən azad olunduqdan sonra Bəhram Yaradanquliyevin bilavasitə köməkliyi ilə Ziya Məmmədov Dəmir yol idarəsinin rəisi kürsüsində keçib otura bilir. Bu təyinatdan bir neçə il sonra Ziya Məmmədovla Bəhram Yaradanquliyev arasında gedən savaşı 2-ci uduzur.

Ziya Məmmədov Bəhram Yaradanquliyev barədə və “Azerreyl” şirkəti ilə bağlı topladığı materialları prokurorluq orqanlarına ötürərək Bəhram Yaradanquliyev barəsində cinayət işi başladıb onu rəsmi axtarışa verdirməyə nail olur. O illər Bəhram Yaradanquliyev general Bəylər Əyyubovla, Abbas Abbasovun qardaşı Nadir Abbasovla və bir çox tanınmış simalarla dost olsa da onlar Ziya Məmmədovun Bəhram Yaradanquliyevə qarşı başladığı muharibənin qarşısını ala bilmirlər və Ziya Məmmədov Bəhram Yaradanquliyevə qalib gələrək onu müflis edir. Baxmayaraq ki, Ziya Məmmədovun Dəmir yol idarəsinin rəisi vəzifəsinə keçməsində Bəhram Yaradanquliyevin bilavasitə gücünün və pulunun böyük rolu olur.

Bəhram Yaradanquliyev hüquq-mühafizə orqanları tərəfindən rəsmi axtarışa verildikdən sonra onu şəhərdə bir daha görən olmur. Bu günlərim isə legion.az saytının redaksiyasına daxil olan məlumata görə Bəhram Yaradanquliyevi şəhərdə görən olub.

Çox güman ki, son vaxtlar Ziya Məmmədova qarşı kompaniyaya başlayan güvvələr Bəhram Yaradanquliyevdən Ziya Məmmədova qarşı istifadə edəcəklər.

Aldığımız digər məlumata görə isə Ziya Məmmədovdan gizli olaraq Bəhram Yaradanquliyevin komfort yaşaması üçün 15 ilə yaxındır ki, Musa Pənahov, Arif Əskərov və Akademik Nizami Süleymanovun qardaşı Əlirza Süleymanov ona yardım edirlər. Bizə daxil olan məlumata görə Ziya Məmmədovdan fərqli olaraq bu şəxslər vaxtı ilə Bəhram Yaradanquliyevin və onun mərhum atasının onlara etdikləri yaxşılıqları unuda bilmirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar