Riyad Əliyev Almaniyada qandallandı

5-10-2015, 23:51   
Riyad Əliyev Almaniyada qandallandı
Təfəkkür Universitetinin keçmiş müəllimi bu gün həbs edildi.

Almaniyanın Trir şəhərində fəaliyyət göstərən, azereurotimes.wordpress.com saytının təsisçisi Riyad Əliyev bu gün İnterpol tərəfindən qandallanıb. O, Almaniyanın Nürnberq türməsinə aparılıb.

Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru işləyib və 2015-ci il, mayın 5-dən İnterpolda axtarışda idi.

R.Əliyevin saytından faktı criminal.az-a faktl təsdiqlədilər.

Qeyd edək ki, R.Əliyev universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə universitetin rəhbərliyi tərəfindən məhkəməyə verilib. Riyad Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Elə buna görə də Yasamal Rayon Məhkəməsinin 24 noyabr, 2014-cü il tarixli qərarına əsasən Riyad Əliyev hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar