Onun nəyə görə özünü yandırması hələ ki məlum deyil
Gədəbəydə intihara cəhd olub. Rayon sakini, 1954-cü il təvəllüdlü İldırım Əhmədov bədənin müxtəlif hissələrinin 2-ci dərəcəli termiki yanığı xəsarəti il ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal tibbi yardım göstərilsə də 61 yaşlı kişinin vəziyyəti ağır qiymətləndirilir.
Onun nəyə görə özünü yandırması hələ ki məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)