Milli Şuranın sədri Cəmil Həsənli 1 noyabr parlament seçkilərində sandıqlardan kimlərin “çıxacağını” anons edib. O bu barədə özünün facebook səhifəsində təhlil və artıq müəyyən edilən deputatların siyahısını verib. Cəmil bəyin yazdıqlarını təqdim edirik:
***
Noyabrın 1-də ölkəmizdə parlament seçkiləri keçiriləcək. Milli Məclisin növbəti tərkibinin kimlərdən ibarət olacağını bilmək üçün intizarla noyabr ayının 1-ni gözləməyə ehtiyac yoxdur. Qeydiyyat mərhələsi başa çatdıqdan sonra biz deputatlığa namizədlərin tərkibini təhlil edərək növbəti Milli Məclisdə təmsil olacaq deputatların siyahısını sizə təqdim edirik.
Araşdırmalar göstərdi ki, hakimiyyət deputat korpusu ilə bağlı ciddi dəyişikliyə, azad, ədalətli, demokratik seçki keçirməyə qərarlı deyildir. Zəruri seçki islahatların aparılmaması, seçki komissiyalarında hər hansı dəyişikliklərin edilməməsi, siyasi məhbusların azad edilməməsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidəsinə məhdudiyyətlərin qoyulması da məhz, bununla bağlıdır. Sizə təqdim edilən bu tərkibdə 5 faiz həddində müəyyən dəyişikliklərin ola biləcəyi istisna edilmir. Ona görə də, nəticəsi qabaqcadan bəlli olan bir seçkilər üçün büdcədən vəsait ayırıb Mərkəzi Seçki Komissiyasını, onun aparatını, dairə və məntəqə seçki komissiyalarını saxlamağa heç bir ehtiyac yoxdur. Heç Avropa Şurası Parlament Assambleyasının zəhmət çəkib Strasburqdan müşahidə heyəti göndərməsinə də zərurət yoxdur. Noyabr ayının 1-də seçiləcək bu tərkib haqqında onlar öz hesabatlarını elə indidən hazırlaya bilərlər. Seçkidə iştirak edən bəzi şəxslər namizəd kimi qeydiyyata alınmalarını sevincək olaraq sosial şəbəkələrdə yayırlar. Əminliklə deyə bilərik ki, onların seçki optimizmi bununla da başa çatır.
Göründüyü kimi, ölkədə seçki abı-havası yoxdur. Hər şey seçki imitasiyasına, bəzi “müxaliflərə” yer veriməsi legitimlik görüntüsü yaratmağa hesablanıb. Əslində, bizim seçkidə iştirakdan imtina qərarımız Azərbaycan xalqının seçim haqqının mənimsənilməsi ilə bağlı idi. Bu siyahının timsalında siz bunu noyabr ayının 1-də bir daha müşahidə edə bilərsiniz. Bizim təqdim etdiyimiz Milli Məclisin noyabrın 1-də rəsmiləşdiriləcək tərkibi nə MSK-nın texniki xətası, nə də hakimiyyət dairələrindən məlumat sızması əsasında tərtib edilib. Bu siyahı bizim uzunmüddətli seçki müşahidələrimiz və MSK-nın İnformasiya Mərkəzinin məlumatları əsasında tərtib edilmişdir. Buyurun bu da seçki!
1 saylı Şərur-Sədərək seçki dairəsi – Talıbov Vasif Yusif oğlu
2 saylı Şərur seçki dairəsi – Həbibbəyli İsa Əkbər oğlu
3 saylı Babək-Kəngərli-Naxçıvan dairəsi – Mehbalıyev Səttar Suliddin oğlu
4 saylı Naxçıvan şəhər seçki dairəsi – İbrahimov Eldar Rza oğlu
5 saylı Şahbuz-Babək seçki dairəsi – Novruzov Siyavuş Dünyamalı oğlu
6 saylı Culfa-Babək seçki dairəsi – Həmzəyeva Ülviyyə Tapdıq qızı
7 saylı Ordubad-Culfa dairəsi – Həsənquliyev Qüdrət Müzəffər oğlu
8 saylı Binəqədi birinci seçki dairəsi –Quliyev Azay Əjdər oğlu
9 saylı Binəqədi ikinci seçki dairəsi – Qafarov Kəmaləddin Nəsrəddin oğlu
10 saylı Binəqədi üçüncü seçki dairəsi –Musayev Madər Ələsgər oğlu
11 saylı Qaradağ seçki dairəsi – Hüseynov Aydın Nəsir oğlu
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Zabelin Mixail Yuryeviç
13 saylı Xəzər – Pirallahı seçki dairəsi – Əliyev Rauf Asif oğlu
14 saylı Xəzər seçki dairəsi – Əliyeva Mehriban Arif qızı
15 saylı Yasamal birinci seçki dairəsi –Quliyev Ülvi Zahid oğlu
16 saylı Yasamal ikinci seçki dairəsi –Mustafayeva Aytən İnqlab qızı
17 saylı Yasamal üçüncü seçki dairəsi – İlhamiyyə Rza Faiq qızı
18 saylı Nərimanov-Nizami seçki dairəsi –Musabəyov Rasim Nəsrəddin oğlu
19 saylı Nərimanov birinci seçki dairəsi – Məmmədov Hikmət Baba oğlu
20 saylı Nərimanov ikinci seçki dairəsi – Əliyev Adil Abış oğlu
21 saylı Nəsimi birinci seçki dairəsi – İbrahimqızı Məlahət İbrahim qızı
22 saylı Nəsimi ikinci seçki dairəsi –Mollazadə Asim Nazim oğlu
23 saylı Nəsimi-Səbail seçki dairəsi –Səmədzadə Ziyad Əliabbas oğlu
24 saylı Nizami birinci seçki dairəsi – Abdullayev Rövnəq İbrahim oğlu
25 saylı Nizami ikinci seçki dairəsi – Vəliyeva Sədaqət Süleyman qızı
26 saylı Sabunçu birinci seçki dairəsi –Mustafa Fazil Qəzənfər oğlu
27 saylı Sabunçu ikinci seçki dairəsi –Əliyev Fuad Ağası oğlu
28 saylı Sabunçu üçüncü seçki dairəsi – Quliyev Eldar Allahyar oğlu
29 saylı Səbail seçki dairəsi – Hacıyev Şəmsəddin Hümbət oğlu
30 saylı Suraxanı birinci seçki dairəsi – Fətəliyeva Sevinc Həbib qızı
31 saylı Suraxanı ikinci seçki dairəsi –Quliyev Fərəc İbrahim oğlu
32 saylı Suraxanı üçüncü seçki dairəsi – Abıyev Ağacan Qulam oğlu
33 saylı Xətai birinci seçki dairəsi – Mirələmov Hüseynbala Fazil oğlu
34 saylı Xətai ikinci seçki dairəsi – Muradov Fuad Rauf oğlu
35 saylı Xətai üçüncü seçki dairəsi –Əlizadə Araz Məmməd Mübariz oğlu
36 saylı Xətai dördüncü seçki dairəsi – Seyidov Səməd İsmayıl oğlu
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi – Kərimzadə Pərvin Orxan qızı
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi – Həmzəyev Naqif Ələşrəf oğlu
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi – Fətiyev Xanlar Nuru oğlu
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi – Quliyev Musa İsa oğlu
41 saylı Sumqayıt birinci seçki dairəsi – Xəlilov Mirzəcan Mirzəmməd oğlu
42 saylı Sumqayıt ikinci seçki dairəsi –Mirkişili Tahir Famil oğlu
43 saylı Sumqayıt üçüncü seçki dairəsi – Babayev Muxtar Bahadur oğlu
44 saylı Sumqayıt-Xızı seçki dairəsi –Salayev Hacı Hacıbaba oğlu
45 saylı Abşeron seçki dairəsi – Əsədov Oqtay Sabir oğlu
46 saylı Şirvan seçki dairəsi – Cəbrayılov Rəfael Kamil oğlu
47 saylı Mingəçevir seçki dairəsi – Mirzəzadə Aydın Böyükkişi oğlu
48 saylı Yevlax seçki dairəsi – Məmmədov İlham Kazım oğlu
49 saylı Yevlax-Mingəçevir seçki dairəsi – Hüseynli Əli Məhəmməd oğlu
50 saylı Abşeron-Qobustan dairəsi- Xanlarova Zeynəb Yəhya qızı
51 saylı Qusar seçki dairəsi – Badamov Azər Camal oğlu
52 saylı Quba seçki dairəsi –Əhmədov Vahid Qazməmməd oğlu
53 saylı Quba-Qusar seçki dairəsi – Abramov Yevda Sasunoviç
54 saylı Şabran-Siyəzən seçki dairəsi – Süleymanov Tahir Süleyman oğlu
55 saylı Xaçmaz şəhər seçki dairəsi – Abbasova Lalə Gülbaba qızı
56 saylı Xaçmaz kənd seçki dairəsi – Əliyev İlham Əli Səftər oğlu
57 saylı Kürdəmir seçki dairəsi – Qəribov Nizami İsməli oğlu
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi –Hüseynov Rəfae Baba oğlul
59 saylı Salyan seçki dairəsi –Hüseynov Əliağa İzzət oğlu
60 saylı Sakyan-Neftçala dairəsi- Ağamalı Fəzail Rəhim oğlu
61 saylı Neftçala seçki dairəsi – Rəhimzadə Arif Qafar oğlu
62 saylı Saatlı seçki dairəsi – Amaşov Əflatun Əhməd oğlu
63 saylı Sabirabad birinci seçki dairəsi – Hüseyn Pənah Çodar oğlu
64 saylı Sabirabad ikinci seçki dairəsi – Xəlilov Rüstəm Gülabba oğlu
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi – Əmiraslanov Əhliman Tapdıq oğlu
66 saylı Biləsuvar dairəsi- Kazımlı Xanhüseyn Hüseynağa oğlu
67 saylı Cəlilabad şəhər seçki dairəsi – Həsənov Malik Əvəz oğlu
68 saylı Cəlilabad kənd seçki dairəsi – Kazımov Mirkazım Məhəmməd oğlu
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi – İbrahimli Fəzail Feyruz oğlu
70 saylı Masallı şəhər seçki dairəsi – Əliyev Nəriman Əlibala oğlu
71 saylı Masallı kənd seçki dairəsi – Axundova Elmira Hüseyn qızı
72 saylı Yardımlı-Masallı seçki dairəsi – Qasımlı Musa Cəfər oğlu
73 saylı Lənkəran şəhər seçki dairəsi – Quliyev Rüfət Atakişi oğlu
74 saylı Lənkəran kənd seçki dairəsi – Rəcəbli Hadı Musa oğlu
75 saylı Lənkəran-Masallı seçki dairəsi – Paşazadə Cavanşir Hümmət oğlu
76 saylı Lənkəran-Astara seçki dairəsi – Əsgərov Ziyafət Abbas oğlu
77 saylı Astara seçki dairəsi – Mahmudov Rəşad Məmmədqulu oğlu
78 saylı Lerik seçki dairəsi – Məmmədov İqbal Nəriman oğlu
79 saylı İmişli seçki dairəsi – Qasımov Əsabil Qarakişi oğlu
80 saylı İmişli-Beyləqan seçki dairəsi – Qənizadə Çingiz Aşralı
81 saylı Beyləqan seçki dairəsi – İsmayılov Şahin Əmir oğlu
82 saylı Ağcabədi seçki dairəsi – Rzayev Tahir Musa oğlu
83 saylı Ağcabədi-Füzuli seçki dairəsi – Abbasov Aqil Məhəmməd oğlu
84 saylı Füzuli seçki dairəsi – Muradova Bahar Əvəz qızı
85 saylı Şamaxı seçki dairəsi – Süleymanov Elxan Sirac oğlu
86 saylı İsmayıllı seçki dairəsi – Aslanov Novruz Davud oğlu
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi –Kərimli Tahir Zayıdağa oğlu
88 saylı Göyçay seçki dairəsi – Hacıyev Sabir Kamal oğlu
89 saylı Göyçay-Ağdaş seçki dairəsi – Nəsirov Elman Xudam oğlu
90 saylı Ağdaş seçki dairəsi – Əsədullayev Çingiz Rauf oğlu
91 saylı Ucar seçki dairəsi –Hüseynov Vüsal Afqan oğlu
92 saylı Zərdab-Ucar seçki dairəsi –Əliyeva Jalə Fazil qızı
93 saylı Bərdə şəhər seçki dairəsi- Baxşəliyeva Gövhər Baxşəli qızı
94 saylı Bərdə kənd seçki dairəsi – Orucov Zahid Məhərrəm oğlu
95 saylı Tərtər seçki dairəsi –Alıyev Sahib Eyvaz oğlu
96 saylı Goranboy-Naftalan seçki dairəsi – Aslanov Mahir Məhəmmədəli oğlu
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi – Vəliyev Ağalar İsrafil oğlu
98 saylı Şəmkir şəhər seçki dairəsi – Qafarova Sahibə Əli qızı
99 saylı Şəmkir kənd seçki dairəsi – Əliyeva Sona Sakit qızı
100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi – Bayramov Kamran Fərhad oğlu
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi – Rzayev Rövşən Şükür oğlu
102 saylı Samux-Şəmkir seçki dairəsi – Ələsgərov Valeh Feyruz oğlu
103 saylı Gədəbəy seçki dairəsi – Hüseynova Sevinc Əmirəhməd qızı
104 saylı Gədəbəy-Tovuz seçki dairəsi – Məmmədhəsənov Rafiq Musa oğlu
105 saylı Tovuz seçki dairəsi – Paşayeva Qənirə Ələsgər qızı
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi – İsmayılov İlyas Abbas oğlu
107 saylı Qazax seçki dairəsi – Nəbizadə Kamran Telman oğlu
108 saylı Ağstafa seçki dairəsi – Cəfərov Nizami Qulu oğlu
109 saylı Balakən seçki dairəsi – Məhməliyev Nəsib Məhəmməd oğlu
110 saylı Zaqatala seçki dairəsi –Elşən Musayev Məmmədhənifə oğlu
111 saylı Zaqatala-Balakən seçki dairəsi – Əliyeva Kamilə Əlağa qızı
112 saylı Qax seçki dairəsi – Kərimli Azər Şəmşid oğlu
113 saylı Şəki şəhər seçki dairəsi – Mahmudov Yaqub Mikayıl oğlu
114 saylı Şəki kənd birinci seçki dairəsi – Məsimli Əli Əhməd oğlu
115 saylı Şəki kənd ikinci seçki dairəsi – Feyziyev Cavanşır Əyyub oğlu
116 saylı Qəbələ dairəsi – Heydərov Fəttah Səməd oğlu
117 saylı Oğuz-Qəbələ seçki dairəsi – Naxçıvanlı Aqiyə Həbib qızı
118 saylı Ağdam şəhər seçki dairəsi – Əliyev Bəxtiyar Həmzə oğlu
119 saylı Ağdam kənd seçki dairəsi – Sadıqov Bəxtiyar Yusif oğlu
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi – Şahverdiyev Astan Nuşrəvan oğlu
121 saylı Laçın seçki dairəsi – Abbaszadə Mahir Tapdıq oğlu
122 saylı Xankəndi dairəsi- Qasımova Flora Qasım qızı
123 saylı Kəlbəcər seçki dairəsi – Qurbanov Cavid Qənbər oğlu
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi – Məmmədov Elman Camal oğlu
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İsmayılov İmamverdi İbiş oğlu
Səfayə Əkbərova