Ziya Məmmədov prezidentin müşavirəsinə çağırılmadı

12-10-2015, 23:06   
Ziya Məmmədov prezidentin müşavirəsinə çağırılmadı
Nəqliyyat naziri Ziya Məmmədov bu gün prezident İlham Əliyevin keçirdiyi müşavirəyə çağırılmayıb. Nazirlər Kabinetinin iclasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və baş nazir Artur Rəsizadə də daxil olmaqla bütün nazirlər, baş nazirin müavinləri, komitə sədrləri iştirak edib.

Z.Məmmədovun geniş tərkibdə keçirilən müşavirədə iştirak etməməsi qeyri-rəsmi olaraq məzuniyyətdə olması ilə izah edilə bilər.

Amma büdcə müzakirələri ilə bağlı vacib müşavirədə yalnız Z.Məmmədovun iştirak etməməsi nazirlə bağlı müəmmaları daha da artırır, onun hökumətdən uzaqlaşdırıldığı barədə məlumatları inandırıcı edir.

Qeyd edək ki, bu gün “Turan” agentliyi nazirin işdən çıxarıldığı barədə sərəncamın imzalandığını xəbər vermişdi.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar