Cənab prokuror, fotolar faktı təsdiqləmir !- YENİLƏNİR

13-10-2015, 00:04   

Lerik rayonu Züvüç kəndin də 13 yaşlı yeniyetmənin qətli ilə bağlı məlumat vermişdik. Faktla bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün Lerik rayonuna yola düşdük.

Bir daha xatırladaq ki, dosye.org saytın da “Lerikdə 13 yaşlı uşaq öldürüldü- ŞOK” və “Lerik rayon prokurorluğu ilə bağlı- ŞOK İDDİA” başlıqlı məqalələrdə dəhşətli ölüm işi ilə bağlı əldə olunan məlumatları işiqlandırmışdıq. Lakin Lerik rayon prokuroru baş ədliyyə müşaviri İbrahimov Bəhruz Balakişi oğlunun cinayət işinin başlanması haqqında qərarı olduqca maraqlıdır.

Belə ki, 04 yanvar 2014-cü il tarix də çıxarılan qərar da göstərilir ki, Lerik rayonunun Züvüç kənd sakini 26. 02. 2001-ci il təvəllüdlü Lələli Cəmil Azad ğolunun, rayonun Züvüç kəndin də yaşadığı evdən aralı da yerləşən “Fətəlikolatı” adlanan örüş ərazisində qayalıq sahədəki koldan özünü sintetik iplə asaraq intihar etməsi faktına görə toplanmış 01-C – 14 nömürəli materialla tanış olaraq müəyyən edib ki, 13 yaşlı Lələli Cəmil Azad oğlu intihar edib. Bəli, olduqca dəhşətli bir mənzərə. Cənab prokuror, fotolardan aydın görünür ki, Lələli Cəmil qolları bağlı şəkildə qətlə yetirilib. Bu dəhşətli fakta necə don geyindirmək olar?

Azərbaycan Respublikasının Baş Prokurorluğu 17. 06. 2015-ci il tarixin də 947 saylı məktuba əsasən bildirilib ki, Cinayət işi Baş Prokurorluğda öyrənilmiş, Lerik rayon prokurorluğunun cinayət işinin icraatına xitam verilməsi barədə 04 may 2015-ci il tarixli qərarı 15 may 2015-ci ildə Baş Prokurorluq tərəfindən ləğv edilmiş, əlavə istintaq aparılması üçün Lerik rayon prokurorluğuna qaytarılmış, Cəmil Lələlinin ölümü ilə bağlı ərzənizdə göstərilənlərin istintaq gedişində yoxlanmasıbarədə göstəriş verilmişdir.


Mərhumun valideyinləri dosye.org saytın vasitəsi ilə ölkə başçısına müraciət edir. Yaxın saatlar da video lentə alınan müraciət ixtiyarınıza veriləcək. İnanırıq ki, Lerik rayonu Züvüç kəndində 13 yaşlı Lələli Cəmil Azad oğlunun qətlə yetirilməsi dəqiq və dürüst araşdırılacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar