Azərbaycanda ermənilərlə qohum olan deputat: Rəfael Cəbrayılov haqda şok iddia

16-10-2015, 22:57   
Azərbaycanda ermənilərlə qohum olan deputat: Rəfael Cəbrayılov haqda şok iddia

Deputat Rəfael Cəbrayılov özünü təbliğat-təşviqat dövründə rüsvay edib. Rəfael Cəbrayılovun 46 saylı Şirvan seçki dairəsindən təzədən namizəd olması seçicilərin ürəyincə olmayıb. Şirvan seçiciləri onların taleyinə, problemlərinə laqeyd yanaşan, dərd-sərinə şərik çıxmayan, sosial məsələlərini dinləməyən, camaatla görüşməyən və ailəsində erməni olan deputata mandat vermək istəmir.
Rəfail Cəbrayılovla bağlı başqa bir iddia da ortaya çıxıb. Əslində bu iddianın yaranmasına səbəb keçən seçkilərlə bağlıdır. Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər.
Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin… Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu…”
Mənbə onu da deyib ki, Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir. Belə ki, Əhmədovanın erməni qızı olan anası ilə Rəfael Cəbrayılovun həyat yoldaşının qohumluq əlaqələri vardır. Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur. Baldızı isə Rusiyada erməni əri ilə yaşayır.(Millixeber.com)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar