MTN-dəki həbslərin qanunsuz dinləmələrlə bağlılığı təsdiqləndi - Cinayət işinin təfərrüatı

20-10-2015, 00:53   
MTN-dəki həbslərin qanunsuz dinləmələrlə bağlılığı təsdiqləndi - Cinayət işinin təfərrüatı
Onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib

Bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Report”un əldə etdiyi məlumata görə, onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli deyil. “Report” onlardan üç nəfərinin adını əldə edib. Bunlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.

Həbs olunanlara qarşı irəli sürülən ittihamlardan (maddələrdən) belə görünür ki, MTN-dəki həbslərin Prezident və ailə üzvlərinin telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlı olduğu ehtimalları özünü doğruldur.

V.Nəsibov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar