Bakıda amansız namus cəzası: təqib olunanın fəryadına gələn olmadı

21-10-2015, 10:45   


Bakıda namus üstündə amansız dava düşüb. Bir neçə nəfər kişini başqasının arvadına sataşdığına görə ''cəzalandırıb''.

Şahidlərin criminal.az-a verdikləri məlumata görə, hadisə dünən axşam Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksində baş verib.

Bir neçə nəfər orta yaşlı kişini təqib edib. Həmin şəxs də onlardan canını qurtarmaq üçün kompleksin ərazisindəki bərbərxanaya girib. Həmin şəxslər də onun arxasınca həmin salona daxil olublar. Kişi onlara bıçaq çıxararaq müdafiə olunmaq və qaçmaq istəyib. Lakin həmin şəxslər bərbərxananın qapısını bayır tərəfdən bağlayaraq onun qaçmasına imkan verməyib, köməyə daha iki nəfər çağırıblar.

Daha sonra iki nəfər gəlib bərbərxananın şüşələrini sındıraraq içəri girib, həmin kişini döyə-döyə maşına basıb naməlum istiqamətə gediblər.

Onu da əlavə edək ki, davada iştirak edən cavan oğlanlardan biri ətrafa toplaşan insanlara həmin kişinin qardaşının arvadı ilə əlaqəsi olduğunu, ailəsini dağıtdığını deyib.

Hadisə şahidləri həmin mənzərəni anbaan videoya çəkərək sayta göndəriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar