Bakı şəhəri Lökbatan qəsəbəsindəki musiqi məktəbində adətən “Kurtlar Vadisi” kimi seriallarda gördüyümüz olaylar vaqe olur. Lökbatan qəsəbəsindəki Cabbar Qaryağdıoğlu adına 9 saylı uşaq musiqi məktəbinin bir qrup müəllimindən direktor Dadaşov Əfrasiyab haqqında şikayət daxil olub.
Şikayətdə bildirilir ki, Dadaşov Əfrasiyab vəzifəsindən sui-istifadə edərək şagirdlərdən rüşvət alır. Belə ki, 13 yaşından kiçik şagirdlərin dövlət hesabına təhsil almasına mane olaraq onlardan əlavə olaraq rüşvət tələb edir. Valideynin qarşısına iki təklif qoyan direktor qəbul üçün 150-250 AZN arası məbləğ tələb edir. Valideyn bununla razılaşmadıqda isə, qabiliyyət imtahanından sonra onun qarşısına daha bir şərt qoyulur. Bu dəfə o, ayda 55 AZN ödəməlidir ki, uşağı təhsil ala bilsin. Əgər valideyn bu iki şərtin heç biri ilə razılaşmasa, övladı təhsil ala bilməyəcək.
Bundan əlavə şikayətdə daha bir ilginc fakt ortaya qoyulub. Belə ki, müəllimlərin iddiasına görə, direktor onların rrrarasına nifaq toxumu səpir. Onların arasını vuraraq bir-biri ilə düşmənə çevirir. Sübut kimi redaksiyamıza göndərilən videoda bildirilir ki, direktor iclasların birində yenə öz ampluasında olaraq müəllimlərin arasını vurub. Və aranın qızışdığını görəndən sonra davanı öz mobil telefonu ilə “ölümsüzləşdirir”. Videoda göründüyü kimi hadisəni çəkdikdən sonra direktor polisə zəng edərək onları köməyə çağırır.
Şikayətdə ən maraqlı məqam isə direktorun dövlət müəssisəsi olan bir qurumda öz otağının qapısına “Telefonla içəri daxil olmaq qəti qadağandır” yazması olub. Bildirilir ki, direktor rüşvət və digər qanunsuz məsələlərə dair söhbətləri öz otağında apardığı üçün bu yola əl atıb. Bununla o, içəridəki söhbətlərin bayıra çıxmasını əngəlləyir. Yəni, kimsənin əlində bir sübut olmur.(olke.az) Məsələni diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.[media=https://www.youtube.com/watch?v=GotOqKtdMe8]