Bakıda manyak peyda olub?

27-10-2015, 20:33   

Bakının 28 May küçəsində azyaşlılara qarşı seksual hərəkətlər edən uşaqbaz peyda olub.

Milli.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, paytaxtın 28 May küçəsində pedofil dolaşır: "Bu günlərdə o, bir məktəbli qızı tutub binanın girişinə salıb. Qızı zorlamayıb, amma fetiş olub və uşağın intim yerlərinə toxunub. Qız hazırda şokda və dərin psixoloji sarsıntı vəziyyətindədir. Uşaqlarınızı xəbərdar edin. Qoy mərkəzi küçələrlə hərəkət etsinlər və hər hansı şübhə olduqda taksi saxlasınlar və ya böyüklərdən kiməsə yaxınlaşsınlar, telefonla əlaqə saxlasınlar".



Bununla bağlı məlumatı yayan adamla əlaqə saxladıq. O, Milli.Az-a açıqlamasında dedi ki, azyaşlı ilə bağlı konkret hadisə 28 May küçəsində, "Music Gallery" dükanının yaxınlığında baş verib: "Mən şəxsən uşağın valideynlərini tanımıram. Onlar mənim tanışlarımın qonşularıdır. Valideynlər polisə məlumat veriblər. Amma valideynlər uşağın adının hallanmasını istəmirlər. Bu həmin ərazidə ilk belə hadisə deyil. Deyilənlərə görə, hadisəni edən eyni adamdır. Bu, kişidir və təxminən 50-55 yaşı var. Ağ saçlıdır, bığları var. O, zorlamaya cəhd etmir, sadəcə uşaqlara toxunur. Mən valideynləri xəbərdar etmək istəyirəm ki, ayıq-sayıq olsunlar. Uşaqlara görə çox qorxuram. Mənim özümün də 14 yaşlı qızım var və o da həmin ərazidə təhsil alır".

Məsələ ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsi ilə dəfələrlə əlaqə saxlamaq cəhdimiz alınmadı. Əraziyə nəzarət edən İdarənin 22-ci Polis Bölməsindən isə ərazidə manyakın peyda olması ilə bağlı məsələdən xəbərsiz olduqlarını dedilər. Bölmənin yetkinlik yaşına çatmayanlarla işlərə baxan şəxslə əlaqə saxlamaq cəhdimiz də nəticə vermədi.

Məlumatla bağlı araşdırmanı davam etdirəcəyik.

Pünhan

Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar