Cenab Prezident, buralar da rüşvət adlı çirkaba bulaşıb ...

29-10-2015, 01:01   
Cenab Prezident, buralar da rüşvət adlı çirkaba bulaşıb ...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarların işinə müdaxilələrin yolverilməzliyi barədə tapşırıqlarını, həmçinin rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin daha da aktual olduğu vaxtda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov deyəsən Prezidentin bu göstərişini qulaqardına vurub.

Azər Süleymanov Dövlət Baytarlıq Xidmətini ozünün səxsi “kassası”na çevirərək 2015-ci ilin sentyabr ayından Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən gündən “İRİ ADDIM”LARLA irəlləməyə başladı. Belə ki, Dövlət Baytarlıq Xidmətinə ölkəyə idxal edilən yüklərə baytarlıq icazəsinin alınması üçün müraciət edən iş adamları “soyulub” gedirlər. Burada idxal və ixrac edilən hər yükün öz “haaqı” var. Məsələn, olkəyə idxal edilən damazlıq toyuq yumurtasının birinə 1 sent, (ildə 100 minlərlə yumurta idxal olunur) bir günlük cücənin birinə 1 sent alınır. Xaricdən iş adamları tərəfindən gətirilən bir baş iri buynuzlu heyvana 25 man, qoyun-keçiyə 12 manat rüşvət alınır. Hər partiyada 100 tonlarla idxal olunan ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və konservləri və digər heyvandarlıq məhsullarının bir tonuna 10- 20 manat haqq alınır. Baytarlıqda işlədilən dərman preparatlarının ölkəmizdə qeydiyyatı üçün Baytarlıq İnstitutunda Preyskurantda nəzərdə tutulan 2500 manat alınır. Bundan başqa hər növ dərmanın qeydiyyatı üçün isə əlavə dərmanın invoisində olan qiymətin 20 faizini “Şapka” alınır. Görün ildə neçə yüz tonlarla hevan məhsulları, Dərman

maddələri idxal olunur və bü hesabla adi bildiyimiz baytarlıq xidmətində ildə hər ay 400-500 min manat rüşvət yığılır.anaxeber.info-a xəbər verən mənbə bildirir ki, pulun alınması müqabilində məhsulun keyfiyyətinə və yararlıq müddətinə dair sənədlər yoxlanılmadan tez-tələsik, cəmi 15-20 dəq. icazə sənədi hazır olur. Ancaq qeyd edək ki, Tarif şurası tərəfindən idxal, ixrac icazəsinin alınması üçün (dərman maddələrin qeydiyyatı istisna olmaqla) heç bir rüsum alınması nəzərdə tutulmamışdır.

“Rüşvətalma Mərkəzi”nə şevirilən bu dövlət qurumu heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısını almaq vəzifəsini daşıdığı halda, işi-gücü yalnız iş adamlarının cibinə girməklə məşğuldur. Ona gorə də burada mütamadi olaraq iş adamları ilə narazılıqlar, dava dalaş baş alıb gedir.

Prezidentin sahibkarların işinə müdaxilə edilməməsi, lüzumsuz yoxlamaların dayandırılması barədə çıxardığı qərar Dövlət Baytarlıq Xidmətinə elə bilki aid deyil. Azər Süleymanovun şəxsi təəşəbbüsü ilə Xidmətin strukturuna yoxlama aparma səlahiyyəti olan müfəttişlik sektoru daxil edilərək, qərarın əksinə, müfəttişlik daha da qüvvələndirilmişdir. Dövlət qulluğu olan Yüklərin nəzarət sektoruna (Rüşvətalma burada baş verir) öz yaxın adamı, dövət qulluğundan keçməyən Aydın Hüseynovu təyin etmişdir. Bu da “Dövlət Qulluğu” haqqında Qanunun müddəalarının kobud pozulmasıdır.

Azər Süleymanov 2013-cü ildə Dövlət Xidmətinə rəis müavini gələn gündən Kənd Təsərrüfatı Nazirliyindəki havadarlaının dəstəyi ilə 65 rayon, şəhər baytarlıq idarələrinə heç cür real olmayan büdcədən kənar vəsaitin planını 2 dəfə (əvvəllər ildə 500 min manat) ildə 1ml. manata qaldırdı. Nəticədə Azər Süleymanovun qəzəbinə tuş gələrək işdən çıxarılmamaları üçün baytarlıq idarələrin rəis və işçiləri ət satılan mağazalara, qəssabxanalara, səlahiyyətlərindən kənar olan Toy Saraylarına “hücum” çəkərək büdcədən kanar vəsiti toplamağa məcbur edildilər. Hətta baytarlıq idarələrində baytar işçiləri onsuzda əmək haqqlarının az olmasına baxmayaraq, hər ay əmək haqqlarından 10

manat məcburi şəkildə budcədən kənar vəsaitin üzərinə əlavə etməyə məhkum edilmişlər. Həmin vəsaitlər isə Bakı şəhərində nazirliyin xüsusi hesabında toplanaraq səlahiyyətli şəxslər tərəfindən öz maraqları dairəsində xərclənir.

İldən- ilə insanların həyat səviyyəsinin yüksəlməsi şəxsi təsərrüfatlarda malqaranın baş sayının artdığı bir zamanda baytarlıq mütəxəssisinin çatımazlığın nəzərə alsaq bü vəsait baytarlıq idarələrinin özlərinə yönəldilseydi baytar həkimlərini işə cəlb etməklə, xidmətin səviyyəsini qaldırmaqda böyük koməklik olardı.

Azər İdris oğlu Süleymanov kimdir?

O, Xanlar (indiki Göygol) rayonunda baytarlıq idarəsinin rəisi işləmişdir (15-20 nəfərin rəhbəri). İnsan və heyvanların sağlamlığını qoruyan mühüm bir qurumun rəhbərliyinə həm savadı, həmi də intelektual səviyyəsi çatmayan, heç bir göstəricisi olmayan, yalnız rayonda baytarlıq arayışları yazıb, fermerlərə pulla satan havadarlarının köməyi ilə vəzifədə irəli çəkilən - adi baytar həkimi.anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar