MTN-ə xidmətdə “Azərpoçt” MMC-nin baş mühasibi Vüqar Əfəndiyevin də “əli var”

30-10-2015, 12:38   
MTN-ə xidmətdə “Azərpoçt” MMC-nin baş mühasibi Vüqar Əfəndiyevin də “əli var”
Son günlər əsas müzakrə mövzusuna çevrilən, dövlətin sütunu sayılan Milli Təhlükəsizlik Nazirliyində baş verən olaylar artıq xarici mətbuat səhifələrində də geniş yer alıb. Günbəgün MTN-lə əlaqəsi olan yüksək çinli məmurların adlarının açıqlanması və onlar haqqında tədbirlərin görülməsi müsbət hal kimi qiymətləndirilir. Sabiq MTN şefinə olan etibar, inam və etiqad iflasa uğradıqdan sonra, dövlət ölkədəki kadrları haqqında daha dərindən analiz aparmalı, hər kadrın yerində olub-olmaması haqqında yüz ölçüb, bir biçməlidir. Eyni zamnada, MTN-lə əlaqəsi olan hər bir ali məmur cəzasına çatmalıdır.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovla iş birliyi quran Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov haqqında həbs qətimkan tədbirinin seçilməsi bir sıra qaranlıq məsələlərin üstünün açılmasına önəm verir. indi cumhuriyyet.az-in elektron poçtuna daxil olan məlumatda “Azərpoçt” MMC-nin baş mühasibi Vüqar Əfəndiyev haqqındadır. Yazıda göstərilir ki, Vüqar Əfəndiyev məhz Vidadi Zeynalovla iş birliyi qurubmuş. Hansı ki, Vidadi Zeynalov MTN-ə işləyirmiş. Vüqar Əfəndiyev “Azərpoçt” MMC-nin baş direktorunun müavini Nazim Süleymnaovla (Nazim Süleymanov Milli Bankın sədri Elman Rüstəmovun yaxın qohumudur) birləşərək korrupsiyaya yol vermişdir. Avropa birliyindən və prezidentin göstərişi ilə “Azərpoçt”un inkişafına ayrılmış 20 000 000 mantı bir-birinə 5-10 min manat mükafat ayırmaqla, avadanlıqların kosmik qiymətlərlə alınmasına sərf edilməklə mənimsənilmişdir. Vüqar Əfəndiyev Vidadi Zeynalova arxalanaraq 350-400 manatlıq kompüter dəstlərini 700 manata sənədləşdirərək respublikada fəaliyyət göstərən 70 filiala satmışdır. Hər filiala azından 30 kompüter dəstinin verilməsini nəzəırə alsaq külli miqdarda yeyintinin olmasıüzə çıxar. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, “Azərpoçt”un yerlərdə fəaliyyətdə olan filialların bir neçəsində qaz və işıq pulları mənimsənilmişdir. Belə rayonlara Şəmkir, Goranboy və Yevlaxı misal göstərməkj olar. Lakin həmin rayonların filial rəisləri Vüqar Əfəndiyevlə əlaqədə olduğuna görə yeyinti ört-basdır edilir. Həm də Vüqar Əfəndiyev sözügedən rəislərə mükafat da ayırmışdır.
Bəli, “Azərpoçt” MMC-nin baş mühasibi Vüqar Əfəndiyevin belə hallara yol verməsi onun Vidadi Zeynalovla əlaqəsini göstərir.
Qarşı tərəfin də fikrini dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar