Salyan və Neftçala camaatı ayağa qalxdı – “Fəzail Ağamalını istəmirik”

30-10-2015, 23:14   


Ana Vətən Partiyasının (AVP) sədri

Fəzail Ağamalı 60 saylı Salyan-Nefçala seçki dairəsinin deputatıdır. Bu şəxs 20 ildir ki, deputat olaraq fəaliyyət göstərir. Həmçinin AVP yaranandan partiyanın sədri olaraq qalır. Eyni zamanda, bir ara mətbuatda yayılan fikirlərə görə, o da növbəti sədr olaraq partiyada oğlunu görmək istəyir.

Nia.az xəbər verir ki,skachannye-fayly-111-300x168hazırda da eyni dairədən namizəd olan F. Ağamalının 20 illik fəaliyyəti 60 saylı dairənin seçiciləri də cana doydurub. Mətbuatın yazdığına görə, Neftçala sakinləri millət vəkilini kəndə buraxmaq istəməyib. Yalnız icra nümayəndəsi işə qarışandan sonra vəziyyəti düzəltmək mümkün olub. Həmçinin xəbərdə qeyd edilir ki, Fəzail Ağamalı bir neçə gün əvvəl Neftçala rayonunun bir neçə kəndinə baş çəkərkən camaat onun maşınının qarşısını kəsib. Millət vəkili elə zənn edib ki, tərəfdarları bu işi seçki təbliğatı xatirinə qurublar.
Salyan və Neftçala camaatı ayağa qalxdı – “Fəzail Ağamalını istəmirik”
Lakin maşından düşərkən eşitdiyi sözlər və göstərilən münasibətdən heyrətə gəlib. Bu da onu göstərir ki, Salyan, Nefçala sakinləri onun yenidən deputat olmasında maraqlı deyillər. Ancaq hər iki icra hakimiyyəti onu yenidən deputat seçdirmək istəyirlər. Dairədə isə camaat arasında ondan narazılıq pik həddinə çatıb. Xalq artıq onu istəmir. Xalq bildirir ki, buradan kim deputat seçilir seçilsin, amma Fəzail Ağamalı seçilməyəcək. Burada F. Ağamalı əsasən Qərbi Azərbaycandan olan sakinlərdən dəstək gözləyir. Ancaq araşdırmalar və yaşanan narazılıq onu göstərir ki, Qərbi Azərbaycandan olan insanlar da artıq F. Ağamalının deputat olmasını istəmirlər. Seçicilər bildirirlər ki, onun yenidən deputat kreslosunda əyləşdirilməsi Salyanda da ciddi narazılıqların başlanğıcı ola bilər.

Xəbərdə deyilir ki, icra nümayəndələri tərəfindən zorla həkim və müəllimlər onun görüşünə aparılır.

Eyni zamanda artıq məntəqələrə də onun xeyrinə saxtakarlıq edilməsi tapşırığı verilib ki, bu sosial-iqsadi problemlər məngənəsində boğulan Salyan üçün qığılcım ola bilər. Əhali birmənalı şəkildə Fəzail Ağamalını istəmədiklərini ortaya qoƏhali birmənalı şəkildə Fəzail Ağamalını istəmədiklərini ortaya qoublar.

F. Ağamalı həmçinin mövqeyi dəyişkən deputat kimi də tanınır. Bir vaxtlar cəbhəçi olan Ağamalı, hakimiyyət daxili savaşda da dəfələrlə cəbhə dəyişdirib. Məhz qruplar arasında var-gəl etdiyi üçün zamanında onunla bağlı məşhur şəkil mətbuata ötürülmüşdü.

Seçiciləri arasında yenidən yayılan şəkil növbəti etiraza səbəb olub. Əllərində F.Ağamalının həmin şəkli olan sakinlər icra hakimiyyətinə gələrək, “Salyan camaatı dindardır, bizə rəqqasələrə pul dağıdan lazım deyil” ddır, bizə rəqqasələrə pul dağıdan lazım deyil” deyə, etiraz bildirilər(Azərinfo.org).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar