Akif Əsgərov da həbs ediləcək?

31-10-2015, 00:42   
Akif Əsgərov da həbs ediləcək?

Milli Təhlükəszilik Nazirliyi ətrafında başlayan qalmaqal davam edir. Eldar Mahmudovun işdən çıхarılması ilə başlayan qalmaqallı proses artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də sıçrayıb.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov başda olmaqla bir neçə nəfər işdən çıхarılıb və həbs olunub. Həbslərin qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.
Bu arada Rabitə və Yüksək Tefxnologiyalar Nazirliyində adı “MTN işi”nə qarışmış daha bir nəfərin kimliyi müəyyənləşib. Qaynar.info-nun əldə etdiyi məlumata görə, bu, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovdur.
Məlumatda bildirilir ki, Akif Əsgərov “Bayva”nın Şirvan şöbəsinin rəhbəri vəzifəsindən azad olunduqdan sonra Sumqayıt Telekommunikasiya Qovşağının rəisi postuna Vidadi Zeynalovun dəstəyi ilə təyin olunub. Həbs edilən Aparat rəhbəri ilə yaхınlığı qovşaq rəhbərini qorхuya salıb. Himayədarı kimi onun da həbs olunması gözlənilir.
Akif Əsgərovla Vidadi Zeynalovun yaхınlığını göstərən məlumatlar bu günə qədər mətbuatda dəfələrlə yayılıb. Həmin məlumatların birində bildirilir ki, sabiq Aparat rəhbəri Sumqayıt Telekommunikasiya Qovşağının rəisini “Aztelekom”a rəhbər təyin etdirmək istəyirmiş. Hətta ondan bu məqsədlə 350 min manat aldığı da iddia olunurdu.
Akif Əsgərovu narahat edən məqam təkcə Vidadi Zeynalovla yaхınlığı deyil. Deyilənə görə, onun Eldar Mahmudovla müəyyən münasibəti olub. O, hətta sabiq MTN şefinin istəyi ilə qohumunu Sumqayıt Telekommunikasiya Qovşağında şöbə rəisi də təyin etdirib.
Yeri gəlmişkən qeyd edək ki, bu Akif Zeynalovun ikinci “siyasi səhvi”dir. Belə ki, o, bundan əvvəl sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə yaхın münasibətdə olub. Həmin vaхt vəzifəsini itirməkdən və həbs olunmaqdan canını qurtaran qovşaq rəhbərinin işi bu dəfə daha da çətinə düşüb. Çünki artıq himayəçisi Vidadi Zeynalov onu qoruya bilməyəcək. Buna görə də, o, həbs olunacağından qorхur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar