Polis rəisi Tale Bağırzadənin dodağını partladıb

4-11-2015, 02:06   
Polis rəisi Tale Bağırzadənin dodağını partladıb
Bu gün ilahiyyatçı Tale Bağırzadə Yasamal Rayonu Polis İdarəsinə çağırılaraq orada fiziki zorakılığa məruz qalıb. İlahiyyatçı ona qarşı fiziki zor tətbiq edən şəxsin Yasamal Rayonu Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev olduğunu bildirib. İlahiyyatçı bu haqda özünün Facebook səhifəsində məlumat yayıb:

“Bu gün (3 Noyabr) məni Yasamal Rayonu Polis İdarəsinə dəvət etdilər. Saat 17:00 radələrində idarəyə getdim. İlkin andan davranışlari ilə sərtlikgöstərən Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyevin oğlu Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev bütün etik normativləri aşaraq hədə və təzyiqlərlə danışmağa başladı. İddiaları da bu idi ki, Şəhid Mübariz İbrahimovun anım günündə onun məzarının ziyarətini güya mən təşkil edərək insanları ora çağırmışam. Mən hər vəchlə anlatmağa çalışdım ki, bu işə mən çağırış etməmişəm. Lakin dediyim kimi, ilk sətrindən onun səriştəsiz, qəzəbli davranışı seyr olunurdu. Onun bu işi alınmadığını gördükdə isə hədə ilə danışmağa başlaması bu işin daha böyük dairələr, bir zamanlar Qarabağ əlilininin onun haqsızlığına görə yandırdığı Mehbalıyevlər sülaləsinə məxsus bir şəkildə davranış halına gəldi. Onun həbsxana təhdininə mən “Biz Qobustanı keçmişik. Bacarırsınızsa öldürün” dedim. O isə “Səni öldürüb şəhid etməyə heç zaman imkan vermərik” dedi. Onun bu sözü özü də istəmədən bizim haqq yolda olmamızın etirafi kimi dəyərləndirib “Bax, siz özünüz etiraf edirsiniz ki, biz haqq yoldayıq” bildirdim.
Mövzunun uzandığını görüncə qəza olmağa başlayan Əsr namazımın qılınması üçün ona müraciət etdim. Lakin onun Qarabağ əlilinə acımayan Mehbaliyevlər qanı Namaz üçün də fərqli mövqe nümayiş etdirmədi. “İdarədə olmaz!” dedi. Mən idarədən çıxaraq namazımın qılınma zərurətini anlatmaq istəsəm də, qeyd etdiyim kimi o razı olmadı. “Siz icazə versəz də, verməsəz də mən namazımı qılmalıyam” deyib namaz üçün ayağa qalxdım. Və İslam tarixinin yezid xisləti olan din düşmənçiliyi onun əməlində görünərək o üzərimə hücum çəkdi. Mən isə elə ayaq üstəcə namaz qılmaq üçün əllərimi qaldırıb təkbir deməyə başladım. Yanında olan məmurlarlardan Bakı Şəhəri Baş Polis İdarəsinin İsrafil adlı işçisi və digər məmurlar qollarımdan tutdular və məni təkbir deməyə qoymadılar. İsfəndiyar Mehbalıyev isə çənə nahiyəmdən mənə bir neçə zərbə endirməyə başladı. Dodağımdan axan qanla Əsr namazımı kəsmədən qıldım.
Allaha şükr edirəm ki, Məhərrəm ayında haqq yolunda qanı tökülən şəxslərin müqəddəs qanına biz də az da olsa öz qanımızı qoşa bildik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar