Yevlaxda oğul anasını öldürüb basdırdı

6-11-2015, 14:21   
Yevlaxda oğul anasını öldürüb basdırdı
Artıq qətli törədən oğul tutularaq istintaqa cəlb edilib.
Yevlax rayonunda dəhşətli qətl hadisəsi baş verib. Oğul öz doğma anasını qətlə yetirərək basdırıb.

Aşağı Bucaq kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, əslən Samux rayonundan olub, Aşağı Bucaq kəndində bacısının evində yaşayan 1981-ci il təvəllüdlü Musa Nəzər oğlu Nəsirov 1952-ci il təvəllüdlü anası Ofeliya Abdullayevanı qətlə yetirib. Daha sonra o, anasını həyətyanı sahələrində basıdıb.

Hadisədən sonra hüquq-mühafizə orqanlarına qadının itkin düşməsi barədə şikayət daxil olub. Polisin apardığı araşdırmalar nəticəsində Ofeliya Abdullayevanın oğlu tərəfindən öldürüldüyü müəyyən edilib və basdırıldığı yerdən çıxarılaraq məhkəmə tibbi ekspertizasına göndərilib.

Artıq qətli törədən oğul da tutularaq istinataqa cəlb edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Bu övladın valideynini öldürməsi ilə bağlı ilk hal deyil. İlin əvvəllindən bir neçə belə hadisə baş verib. Mart ayında Salyanda 15 yaşlı yeniyetmə anasını öldürüb.

Bakıda isə 23 yaşlı gənc qısqanclıq zəminində doğma anasını qətlə yetirib.
musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar