Qısqanc ər gənc arvadını öldürdü

7-11-2015, 00:11   
Qısqanc ər gənc arvadını öldürdü

Sumqayıtda ər arvadını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Hadisə Sumqayıt şəhərinin 5-ci mikrorayonunda baş verib. 27 saylı binanın 40-cı mənizlində kirayədə yaşayan Qubadlı rayon sakini Xəqani Hüseynov aralarında baş verən mübahisə zamanı mətbəxtdən götürdüyü bıçaqla arvadı, 27 yaşlı Ramiləyə çoxsaylı zərbələr vurub. Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Xəqani Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ilkin dindirmə zamanmı törətdiyi əməli etiraf edib. O, həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır (APA).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar